Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tofiq Yaqublu həbsdə qaldı
Tofiq Yaqublu həbsdə qaldı
27 Yanvar 2014 / 14:28 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“İsmayıllı işi” üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Hazırda Şəkidə məhkəmə prosesini izləyən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının Musavat.com-a verdiyi məlumata görə, bu günkü məhkəmə prosesində Tofiq Yaqublunun vəkili Nemət Kərimli vəsatətlə çıxış edib.

Nemət Kərimli vəsatətində bildirib ki, Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb, hazırda həyat yoldaşı və qızı aldıqları ciddi xəsarətlər ucbatından müalicə almaq məcburiyyətindədirlər. Vəkil məhkəmə hakimindən xahiş edib ki, ailəsinin vəziyyətini nəzərə alaraq, Tofiq Yaqublu haqqında həbs-qətimkan qərarı dəyişdirilsin.
Vəkil Nemət Kərimlinin bu vəsatəti bütün məhkəmə iştirakçıları tərəfindən dəstəklənib. Yalnız prokuror bu vəsatətin təmin edilməsinə qarşı çıxıb. Və məhkəmə hakimi vəkilin vəsatətini təmin etməyərək, Tofiq Yaqublu haqqındakı həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. Hakimin bu qərarına Tofiq Yaqublu “Eşq olsun!” deməklə reaksiya verib.
Gülağa Aslanlı onu da bildirib ki, məhkəmədə şahidlərin dindirilməsi prosesi bu gün də davam etdirilib: “Məhkəmədə dindirilən şahidlərin əksəriyyəti say artırmaq üçün siyahıya salınıb. Çünki onların bir çoxu təsadüfi adamlardır və təqsirləndirilən şəxsləri tanımırlar. İcra Hakimiyyətinin bir təmsilçisi isə çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxsləri tanıyır və təqsirləndirilən şəxslər hadisələr zamanı daş atılmasının qarşısını almağa çalışıblar, ancaq buna nail ola bilməyiblər”.
Müsavat başqanının müavini sonda onu da bildirdi ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərdən birinin burnundan qan açılıb. Və bu səbəbdən ona tibbi yardım göstərmək üçün təcili yardım çağırılıb.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə