Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qarabağda hərbi əməliyyatların başlanmasını istisna deyil
Qarabağda hərbi əməliyyatların başlanmasını istisna deyil
27 Yanvar 2014 / 17:38 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Novruz Məmmədov: “Müharibə istisna deyil”

Virtualaz.org saytının xəbərinə görə, bunu son açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, Ermənistanın cəhbə bölgəsində, qoşunların təmas xəttində törətdiyi son hadisələri şərh edərkən bunu “təxribat adlandırıb və müharibənin başlaması ehtimalını nəzəri baxımdan istisna etmədiyini deyib.

 “Tərəflər arasında iki ildən çox müddətdə heç bir danışıq aparılmadı. Sonra danışıqlar baş tutdu. Ermənilər guya konstruktiv mövqe nümayiş etdirməyə başladılar. Amma üstündən bir müddət keçəndən sonra ermənilər yenidən ucuz tryuk və üsullardan istifadə edərək beynəlxalq ictimai rəyə təsir göstərməyə çalışırlar. Ermənilər diversiya əməlləri fonunda dünya ictimaiyyətində Azərbaycan barədə yanlış təsəvvür yaratmağa çalışırlar. Ermənistan dünyada bununla elə rəy yaratmağa çalışır ki, o, guya sülh tərəfdarıdır, Azərbaycan isə buna qarşıdır. Amma Ermənistan rəhbərliyinin bu ənənəvi təxribatçı taktikası öz ölkəsini dalana sürükləyir” – deyə PA rəsmisi bildirib.
N.Məmmədov müharibənin başlaya bilməsi ehtimalını istisna etməyib: “Əlbəttə, biz sülh tərəfdarıyıq, amma erməni tərəfinin təxribatlarını da cavabsız qoymayacağıq. Ola bilər ki, Ermənistan rəhbərliyi belə təxribatçı əməllərlə özünə təsəlli və təskinlik verir, amma onların bu cəhdləri əbəsdir”.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə