Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynada etirazçılar vilayət şurasının binasına girdilər
Ukraynada etirazçılar vilayət şurasının binasına girdilər
27 Yanvar 2014 / 17:40 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər. Bu barədə ölkənin ədliyyə naziri Olena Lukaş xəbərdarlıq edib. Qadın nazir ötən gecə etirazçıların Ədliyyə Nazirliyinin binasını zəbt etməsinə cavab olaraq bildirib ki, etirazçılar binanı tərk etməsələr, o, Milli Təhlükəsizlik Şurasından fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini xahiş edəcək.

“Mən, hazırki vəziyyətdən çıxış yolunun tapılması üzrə əməliyyat qrupunun bir üzvü olaraq, Ukrayna prezidentinə Ədliyyə Nazirliyinin binası tamamilə boşaldılanadək danışıqlar prosesini dayandırmağı məsləhət görmək məcburiyyətindəyəm. Çünki müzakirələr dinc şəraitdə aparılmalıdır. Mən həmçinin öz həmkarlarımla fövqəladə vəziyyət rejiminin tətbiq olunmasını da müzakirə etməliyəm”.

Ukraynanın Çerniqov şəhərində etirazçılar vilayət şurasının binasına giriblər. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, müxalif dəstənin dövlət binasına girməsinə heç kim mane olmayıb. Ukrayna millət vəkili Ruslan Marsinkiv bildirib ki, bundan sonra vilayət şurasının binası Xalq Şurasının qərargahı olacaq. Deputat etirazçıları binada yerləşməyə çağırıb.
Qeyd edək ki, bu gün polislərin nəzarəti altında Çerniqov şəhərinin Qırmızı meydan ərazisində təxminən 1,5 min insan toplaşıb. Etirazçılar buradan vilayət şurasının binasına tərəf yönəliblər. Müxalif millət vəkilləri vilayət şurasının sədri Anatoliyem Melnikomla görüşüblər. Onlar vilayət şurasının növbədənkənar sessiyasına şura sədri Vladimir Xomenkonun gəlməsini tələb ediblər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə