Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qəbələ RLS ərazisindəki minalar nə deməkdir?
Qəbələ RLS ərazisindəki minalar nə deməkdir?
27 Yanvar 2014 / 18:09 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Üzeyir Cəfərov: “ANAMA direktorunun açıqlaması ilə tanışam və onun sözləri mənə bir qədər qəribə gəldi”

Həmin ərazini çox qısa bir müddətdə minalardan təmizləmək olar”

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qəbələ radiolokasiya stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin müəyyənləşdirilməsi üçün tədqiqatlara başlayıb. ANAMA-nın direktoru Nazim İsmayılovun mətbuata verdiyi məlumata görə, əməliyyatlara yanvarın 21-də start verilib və 6 ay davam edəcək. Tədqiqatlar Azərbaycan hökumətinin tapşırığı əsasında aparılır.

Tədqiqat-kəşfiyyat əməliyyatlarında ANAMA-nın Çevik Əməliyyat Qrupunun 15 nəfərlik heyətinin iştirak etdiyini deyən N.İsmayılovun sözlərinə görə, ümumilikdə stansiyanın ətrafında 220 hektar ərazi yoxlanaraq mina və PHS-dən təmizlənəcək. Qeyd edək ki, 2013-cü ilin avqust ayında stansiyanın ərazisindən 13 mina tapılıb. Qəbələ RLS 2013-cü ilin iyun ayında icarə müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan hökumətinin balansına keçib.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. Bütövlükdə, sözügedən RLS ətrafında minaların olmasını normal hal saymaq olarmı? Hərbi ekspert Üzeyir Cəfərov sözügedən məsələyə fərqli prizmadan yanaşdı: “ANAMA direktorunun açıqlaması ilə tanışam və onun sözləri mənə bir qədər qəribə gəldi.

Necə olur ki, sözügedən ərazidəki minalanmış sahələrin xəritəsini Rusiya Azərbaycana verməyib və təmizləmə işi üçün 6 ay vaxt tələb olunur? Ora cəbhə bölgəsi deyil ki, deyək düşmən onun xəritəsini Azərbaycan tərəfinə vermir. Onlar RLS-i təhvil verərkən minalanmış ərazilərin xəritəsini verməli idilər. Bu zaman ərazinin minalardan təmizlənməsi üçün bu qədər vaxt, resurs tələb olunmazdı. Altı ay ərzində Əfqanıstan kimi bir ölkənin yarısını minalardan təmizləmək olar. Ona görə də verilən açıqlama anlaşılan deyil. Çünki həmin ərazini çox qısa bir müddətdə minalardan təmizləmək olar. Bir də minalar yalnız RLS-in ekran ərazisində ola bilər. Digər yerlərində minaların basdırılması real görünmür”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə