Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

3,7 milyon dollar oğurlayan baş nazirin müavini
3,7 milyon dollar oğurlayan baş nazirin müavini
28 Yanvar 2014 / 0:42 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Maqomedhüseyn Nasrutdinov dövlətdən ucuz qiymətə aldığı əmlakı 100 dəfə baha geri satmaq istəyib

Dağıstan baş nazirinin hazırda həbsdə olan keçmiş müavini Maqomedhüseyn Nasrutdinova 130 milyon rubl (3,7 milyon dollar) vəsaitin mənimsənilməsi ilə bağlı rəsmi ittiham təqdim edilib. Nasrutdinovun vəkili Zurab Əliyev bildirir ki, müdafiə etdiyi şəxsə «xüsusi iri məbləğdə möhtəkirlik» üzrə ittiham təqdim edilib.

Nasrutdinov 21 yanvar tarixində Moskvanın “Vnukovo” hava limanında tutulub. O, Mahaçkaladan gələrkən saxlanılıb. Bir neçə gün sonra Dağıstanın başçısı Ramazan Abdulatipov onu vəzifəsindən azad edib.

İstintaqa görə, 2002-ci ildə Nasrutdinov “Daqestanreqionqaz” MMC-nin və “Daqqaz” ASC-nin rəhbəri olanda iki təşkilat arasında alış-veriş əməliyyatı təşkil edib və 197,73 milyon rublluq dövlət əmlakını 58 milyon rubla sahibi olduğu “Daqqaz” ASC-yə verib. Sonra isə həmin şəbəkəni 5 milyard rubla “Qazprom”a satmaq istədiyi bildirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə