Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fransa Prezidentinin Azərbaycana səfərinin ilkin vaxtı bəlli olub
Fransa Prezidentinin Azərbaycana səfərinin ilkin vaxtı bəlli olub
28 Yanvar 2014 / 11:11 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Fransa Prezidentinin Azərbaycana səfərinin ilkin vaxtı bəlli olub. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana may ayında səfər edəcəyi gözlənilir. Bu barədə Trend-ə çərşənbə axşamı məlumatlı mənbədən bildirilib.

Qeyd edək ki, Trend-in öncə yaydığı məlumata görə, F.Olland Prezident İlham Əliyevin dəvəti ilə bu il Azərbaycana səfər etmək niyyətini bir müddət əvvəl Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla görüşündə təsdiqləmişdi.

Fransada akkreditə olunmuş diplomatik korpus üçün Yeni il münasibətilə Yelisey sarayında keçirilən ənənəvi illik görüşdə Azərbaycan səfiri E.Əmirbəyovla Fransa Prezidenti F.Olland arasında qısa söhbət olub. F.Olland görüşdə son vaxtlar müşahidə olunan ikitərəfli Fransa-Azərbaycan münasibətlərinin inkişafında artan dinamikaya görə məmnunluğunu ifadə edib.

Mənbənin məlumatına görə, Prezident Ollandın səfərinə qədər Fransanın XİN rəhbəri Loran Fabius da Bakıya səfər edəcək. Səfər mart ayına nəzərdə tutulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə