Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şeyx bəzi məmurları sərt tənqid etdi
Şeyx bəzi məmurları sərt tənqid etdi
28 Yanvar 2014 / 12:25 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Mir Şahinin danışdıqlarına qulaq asdım, tüklərim biz-biz oldu”


“Dedikləri çox düz idi. Cəmiyyəti maarifləndirmək lazımdır”. 
“Axar.az”ın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzə Pirdəki toplantıda deyib. Şeyx qeyd edib ki, Azərbaycanda cavan uşaqları aldadaraq, cənnət vəd edərək xaricə göndərənlər küfr edirlər. Onları ata-analarından ayıranlar necə cavab verəcəklər?

“Bizim Qarabağ boyda dərdimiz var. Biz öz qeyrətimizi çəkməliyik. Bu qeyrət qala-qala, Suriyada şəhadət adı ilə getmək şəhidlik deyil. Hətta onların çoxu pul qarşılığında gedir ora. Bu cihad deyil. Orada ölənlər şəhid deyil. Mən inanıram ki, dövlət bununla bağlı lazımi tədbir görəcək.

Hesab edirəm ki, bu məsələdə günah ziyalı, məmur təbəqəsində də var. Bir sıra məmur var ki, onlar dövlət stolunda oturub pul qazanır, amma övladları başqa məzhəblər adı ilə dövlətə qarşı mübarizə aparır. Qoy hamı eşitsin, bilsin! İndiyə qədər deməmişdik, amma indi veriləcək fətvaya əməl etmək bizim boynumuza düşür. Biz çalışmalıyıq ki, dövlətə yardım edək”. Şeyx daha sonra Suriyada döyüşə gedən azərbaycanlılara səslənib:“Suriyada döyüşənlər gəlsələr, dəyişsələr, radikal olmadan öz ibadətlərini etsələr, biz onlara əl dəyməyəcəyik.

 Mən Şeyx olaraq onlara müraciət edirəm, onları bu əməllərindən əl çəkməyə çağırıram. Başqa dövlətlərin çağırışlarına uymasınlar. Axı siz Azərbaycan vətəndaşlarısınız!”

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə