Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ola bilər
Jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanı ola bilər
28 Yanvar 2014 / 15:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı Mətbuat Şurası ilə danışıqlar aparır.

Bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlanılıb və jurnalistika fakültəsinə bakalavr pilləsi üzrə qabiliyyət imtahanlarının hansı formada keçirilməsini barədə təkliflərini hazırlayaraq komissiyaya məlumat vermələri xahiş edilib. Onun sözlərinə görə, yaxın günlərdə Mətbuat Şurasının sədri ilə görüş keçiriləcək: “Fikrimcə, jurnalistika ilə məşğul olanların ixtisasından asılı olmayaraq bakalavr səviyyəsində ali təhsili olmalıdır. Magistratura pilləsində isə onlar mütəxəssis kimi formalaşmalıdırlar.

Ölkədə magistraturaya qəbul 2 mərhələdə aparılır. Magistratura pilləsində jurnalistika ixtisasına qəbul aparılarkən onların qabiliyyət bacarığı yoxlanılır. İkinci mərhələdə jurnalistikaya sənəd verənlər esse yazırlar. Bu da həmin qabiliyyət imtahanıdır. Ola bilsin ki, jurnalistlər jurnalistika ilə bağlı imtahanın məzmunu ilə yaxşı tanış olmadıqları üçün bu məsələ qaldırılır. Fikirləşirəm ki, bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanından keçənlər lazımdır? Bizim üçün qabiliyyət imtahanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu nə dərəcədə nəticə verəcək, nəticəmiz yaxşılacaq, yoxsa bundan sonra pisləşəcək?”.

M. Abbaszadə qeyd edib ki, ilk növbədə jurnalistika fakültəsində tədris prosesini müasir səviyyəyə qaldırmaq lazımdır. Onun sözlərinə görə, bununla daha çox ali təhsilli insanın jurnalistika fakültəsinə daxil olmaq üçün hüquqi imkanı ola bilər: “Çox böyük müzakirələr nəticəsində filologiya və tarix fakültəsini bitirənlərin jurnalistikaya sənəd verməsinə icazə alınıb. Hər il bakalavr səviyyəsini bitirənlər üçün bu imkanları genişləndiririk. Hazırda jurnalistika üçün müasir metodlar tələb olunur. İndi internet jurnalistikası, tele-jurnalistikası var və bunun üçün müəyyən avadanlıq, proqramlardan istifadəni bilmək lazımdır.

Amma düşünürəm ki, bu xüsusi bilikləri müxtəlif yollarla-magistratura səviyyəsində, eyni zamanda, xüsusi kurslarda əldə etmək mümkündür. Əgər bakalavr pilləsi üzrə jurnalistikaya qəbul zamanı qabiliyyət imtahanı tətbiq olunsa və yazılı iş istənilsə, yəqin ki, birinci il təqdim olunan plan yerləri dola bilməz. Çünki qoyulan tələblərə uyğun esselərin kifayət qədər yazılacağına inanmıram”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə