Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Legioner limitinə yenidən baxılacaq
Legioner limitinə yenidən baxılacaq
28 Yanvar 2014 / 15:51 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Futbol üzrə Topaz Premyer Liqasında legioner limitinə yenidən baxılacaq. “Xəzərxəbər” Lent.az –a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

 Ötən il avqustun 14-də keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunub və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır. Musayevin sözlərinə görə, martın 7-də keçiriləcək AFFA-nın konfransında bu məsələyə bir daha qayıdılacaq: “Biz klubların da fikirlərini nəzərə almalıyıq. Mən klub rəhbərləri ilə görüşdüm. Hamı 21 yaşadək daha bir yerli futbolçunun oynadılmasına qarşı çıxdı. Hazırda klub rəsmisi olmasam da, birgə çalışdığımdan, onların tərəfində olmalıyam və fikirlərini həm AFFA rəhbərliyinə, həm də İK üzvlərinə bildirməliyəm. Mənim İK-da səs vermək hüququm yoxdur. İclasa qonaq kimi dəvət alıram. Bununla belə, ötən iclasda etirazımı bildirmişəm. Amma qərar səsvermə yolu ilə qəbul olunub”.

Musayevin fikrincə, klublarda legioner sayını 5-ə də endirmək olar. Amma bu məsələdə klubların da mənafeyi nəzərə alınmaqla, ortaq məxrəcə gəlinməlidir: “Bütün klublardakı legionerlərin siyahısı bizdədir. İnşallah, qaldırıb baxarıq görək, hər klubda neçə legioner, onların neçə illik müqavilələri var. Klublar var ki, onlar 10 legionerə malikdir, hərəsi ilə 2 illik müqavilə bağlanılıb. Legioner limitini 7-dən 5-ə endirsək, insafsızlıq olar. Ona görə də oturarıq, baxarıq, ortaq məxrəcə gələrik. Klublar da razı qalar, biz də razı qalarıq”.

Bununla yanaşı, PFL prezidenti rəhbərlik etdiyi quruma bütün klubların borclu olduğunu bildirib. Lakin o, məbləği açıqlamayıb. Musayev deyib ki, klublar borcları qaytarmasalar, gələn mövsüm üçün lisenziyalaşdırmadan keçə bilməyəcəklər. O, Avropa kuboklarında iştirak edən klublarımız üçün vəsaitin UEFA-dan AFFA-nın hesabına köçürüldüyünü, lakin bu məbləğdən PFL-ə pulun köçürülmədiyini də bəyan edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə