Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərin növbəti yalanı ifşa olundu
Ermənilərin növbəti yalanı ifşa olundu
28 Yanvar 2014 / 15:56 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Erməni azərbaycanlı adı altında Qarabağda gedən döyüşlər barədə YouTube-yə yalan buraxıb

YouTube-nin “Ilkin Salehov” niki altında gizlənən erməni istifadəçisi Dağlıq Qarabağda gedən döyüşlər barədə saxta video hazırlayıb və bir azərbaycanlı adı ilə onu internet məkanına buraxıb. Bu video inanılmaz sürətlə internet KİV-lərdə yayıldı və internet istifadəçiləri tərəfindən maksimum sayda paylaşıldı.

Gün.Az xəbər verir ki, əslində isə bu “Qafqaz-2012” hərbi təlimlərinin videokadrlarıdır ki, erməni də “ilkin salehov” adı ilə bu kadrları Azərbaycan artilleriyasının erməni silahlı qüvvələrinə qarşı hücum kimi qələmə verib.

Burada təxribat niyyəti aydın görünür: saxta video hazırlamaq, onu azərbaycanlının adından paylaşmaq, ardınca isə ağıllı görkəmi alıb saxta videonu “aşkar etmək” və “azərbaycanlı saxtakarları ifşa edərək” aləmə car çəkmək.

Bu, təbliğat müharibəsinin ən ucuz fəndlərindəndir. Ermənilər analoji olaraq Balkanlardakı müharibə qurbanları və Türkiyədəki zəlzələ qurbanlarının fotolarını götürərək azərbaycanlı jurnalistlərin adından guya qətlə yetirilən “xocalılar”ın şəkilləri kimi internetə yerləşdirmişdilər. Daha sonra “bu şəkillər” “ayıq-sayıq” erməni jurnalistikası tərəfindən “aşkar olundu” və Çingiz Mustafayev, həmçinin digər jurnalistlərimizin çəkdiyi şəkillər də tənqid qasırğasına düşdü.

Bütün yerli kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini bu ucuz erməni təxribatına uymamağa və bu videonu öz səhifələrindən silməyə çağırırıq.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə