Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsa Qəmbər sülh təklif etdi….
İsa Qəmbər sülh təklif etdi….
28 Yanvar 2014 / 16:48 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifətdaxili çəkişmələrlə bağlı sürpriz müraciət yayıb. Müsavat başqanının Facebook sosial şəbəkəsindəki statusunda bu məzmunda status yayılıb. Müsavat.com həmin müraciəti təqdim edir.
* * * * *
“Hörmətli dostlar, Xanımlar və bəylər!
Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat Partiyasının üzvləri  Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də,  hələ bitməyib.
Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək; lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.
Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram.
P.S. Bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri – Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın.
Hər birinizə hörmətlərimlə, İsa Qəmbər, Müsavat Partiyasının başqanı”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu İsa Qəmbərin bu müraciətinə müsbət münasibət bildirib. Baş redaktor müsavat.com-a deyib ki, hadisələr bir daha sübut etdi ki, Müsavat başqanı müdrik, təmkinli və böyük düşünən siyasətçidir. Bizim ona böyük hörmətimiz və rəğbətimiz var. Onun bu müraciətini tarixi və həm də doğru sayırıq. Biz başqanın bu çağırışına qoşulacağıq və 1 fevrala qədər bu çəkişmələrə ara verəcəyik.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə