Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ kəşfiyyatı Soçi Olimpiadasını “çox təhlükəli” elan etdi
ABŞ kəşfiyyatı Soçi Olimpiadasını “çox təhlükəli” elan etdi
28 Yanvar 2014 / 16:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktor müavini Maykl Morrel bildirib ki, Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları onun həyatı boyu izlədiyi “ən təhlükəli olimpiya oyunları” olacaq.
Virtualaz.org saytı xəbər verir ki, Morrel “The Washington Times” qəzetinə açıqlamasında bu yarışlara qatılacaq Amerika nümayəndə heyətinin qorxması üçün tutarlı səbəb olduğunu deyib.
O, bildirib ki, uzun müddətdir fəaliyyət göstərən əliqanlı terror qruplaşması Soçi oyunları zamanı terrro aktı törədəcəyi haqda xəbərdarlıq edib. Həmin qruplaşma dekabrın sonunda Volqoqradda bir-birinin ardınca iki partlayış törədib.
M.Morrel deyib ki, ola bilsin olimpiadanın özünün keçiriləcəyi yer yaxşı mühafizə olunacaq. Lakin amerikalılar üçün real təhlükə otellər və motellərdə, aeroportlarda və vağzallarda, Olimpiya kəndinin ətraflarında yarana bilər. Morrel Rusiyanın istənilən yerində qərblilərin qaldığı otellərin təhlükəsizliyi üçün narahat olduğunu deyib.
ABŞ Konqresi Nümayəndələr Palatasının təhlükəsizlik komitəsinin sədri Maykl Makkol da Soçi oyunlarının “ən təhlükəli olimpiya oyunları olduğunu” deyib. Onun sözlərinə görə, Olimpiya kəndinin hüdudlarından kənarda terror təhlükəsi kifayə qədər ciddidir. Makkol bildirib ki, zərurət yaranarsa ABŞ bu oyunlarda iştirakına yenidən baxa bilər.
Bu arada ABŞ Federal Təhlükəsizlik Xidməti bildirib ki, Rusiya Soçi oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün onlara təklif edilən köməyi həvəssiz qəbul edir. FTB əvvəlcə Rusiyaya 100 xüsusi agentini göndərməyi təklif edib.
Lakin Rusiya bundan dəfələrlə az agenti qəbul etməyə razılaşıb. FTB bildirir ki, Soçi oyunlarında təhlükəsizliyin təmin edilməsi məsələsindən o qədər də arxayın deyillər və ciddi narahatlıqlar var.
Xatırladaq ki, ABŞ mümkün təhlükə zamanı öz nümayəndə heyətini Soçidən evakuasiya etmək üçün Qara dənizdə iki hərbi gəmi yerləşdirib. “Qafqaz əmirliyi”nin rəhbəri Doku Umarov və Şimali Qafqazda fəaliyyət göstərən digər radikal qruplaşmalar Soçi oyunlarını pozmaq üçün terror aktları törədəcəkləri barədə xəbərdarlıq ediblər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə