Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS cərimələndi, ATV və “Lider”TV- yə xəbərdarlıq olundu
ANS cərimələndi, ATV və “Lider”TV- yə xəbərdarlıq olundu
28 Yanvar 2014 / 17:15 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. MTRŞ-dan Bizimxeber,az-a  verilən məlumata görə, iclasda “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılmışdır.

İclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.7, 35.11-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinin tələblərini pozduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan edilmişdir.

Həmçinin “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.5, 35.11-ci maddələrini, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.2, 2.4, 2.8-ci bəndlərinin tələblərini pozduğuna görə “ANS Müstəqil Yayım və Media Şirkəti” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1-ci, 187-1.0.4-cü maddələrinin tələbinə uyğun olaraq 1000 (min) manat məbləğində cərimə edilmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə