Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda 5-10 borcluya görə iki kəndin işığını kəsiblər
Masallıda 5-10 borcluya görə iki kəndin işığını kəsiblər
28 Yanvar 2014 / 18:32 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Hacıtəpə və Həsənli əhli iki gündür elektriksiz qalıb, rayon Elektrik Enerjisinin Satışı İdarəsi dövlət başçısının sərəncamına da məhəl qoymur 

Masallıda bir neçə gündür bıəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. JAM.AZ-ın rayondan aldığı məlumata görə, ən acınacaqlı vəziyyət isə Hacıtəpə və Həsənli kəndləri istiqamətindədir.

Məlumatda deyilir ki, bu istiqamətdə yerləşən kəndlərə elektrikin verilməməsinin səbəbi kimi, orada yaşayan abonentlər arasında borclu olanların çoxluğudur. Amma işin ən eybəcər tərəfi odur ki, bu zaman vaxtında elektrik enerjisi sərfinə görə pulunu ödəyənlər olduğu halda, onların işıqlarının kəsilməsidir.

JAM.AZ-a danışan rayon sakinləri deyiblər ki, Masallı Elektik Satışı İdarəsinə bununla bağlı müraciət etsələr də, bir nəticə hasil olmayıb. Onlara cavabında isə deyilib ki, “Camaatın borcu var. Bizə ödəsinlər, işıqlar yansın”.

Qeyd edək ki, belə bir cəzalandırma növü Azərbaycanda qanunla qadağandır. Eyni zamanda, Masallı Elektrik Satışı İdarəsinin rəhbərliyi o qədər qanunları bir kənara qoyub ki, hətta prezidentin verdiyi tapşırıq və sərəncama da məhəl qoymur. Halbuki dövlət başçısı dəfələrlə bildirib ki, “Kimin borcu varsa, onun işığını kəsin, daha hamını cəzalandırmayın”.

Onu da xatırladaq ki, qanuna əsasən qış aylarında borclu olan abonentlərin elektriki və qazı kəsilə bilməz. Hətta borcu ən yüksək həddə olsa belə. Bu qanun yaz, yay və payız ayları üçün keçərli deyil.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə