Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“FEMEN” qızlarından Putinə çılpaq etiraz
“FEMEN” qızlarından Putinə çılpaq etiraz
28 Yanvar 2014 / 23:33 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Avropa İttifaqını Rusiya ilə əməkdaşlıq etməməyə çağıran məşhur qrup “Putin demokratiyanı öldürür” kimi bənzər şüarlar səsləndiriblər.

“FEMEN”çi fəallar Brüsseldə Rusiya prezidenti Vladimr Putin əleyhinə şüarlar səsləndiərərək soyunublar. ANS PRESS-in “euronews”-a istinadən məlumatına görə, “FEMEN”çilər Rusiya-Avropa İttifaqı sammitində iştirak üçün Brüsselə gedən Putinə etiraz olaraq, Avropa Birliyi Şurasının binası qarşısında soyunublar.

Avropa İttifaqını Rusiya ilə əməkdaşlıq etməməyə çağıran məşhur qrup “Putin demokratiyanı öldürür” kimi bənzər şüarlar səsləndiriblər.

Belçika polisinin müdaxiləsi nəticəsində saxlanılan fəallar təhlükəsizlik işçilərinə çətin anlar yaşadıblar.

Qeyd edək ki, çılpaq hərəkətləriylə tanınan Ukraynalı feminist qrup FEMEN 2008-ci ildə Kiyevdə qurulub. Çılpaq şəkildə etirazlar edən qadın təşkilatının Parisdə təhsil mərkəzləri var.

Xatırladaq ki, 2011 ci ilin dekabr ayının 9 da “Femen” üzvləri Rusiyanın paytaxtında, eləcə də Ukraynanın mütəlif şəhərlərin də müvafiq plakatlar yerləşdirilməklə Rusiya müxalifətinə dəstək olmalarını göstərirlər. Onlar, harda haqsızlıq varsa, biz ordayıq, deyir…

Həmin il “FEMEN” Fevral 13 də Moskvada “Qazprom” qərargahının qarşısında aksiya keçirir. Yarı çılpaq gənc xanımıar havanın soyuq olmasına baxmayaraq “Qazprom» Stop “, “qaz şantaj Stop” deyərək plakatlar qaldırdı. Rusiya ilə bağlı etiraz aksiyaları bununla yekunlaşmır.

2012-ci il martın 4 də Rusiyada prezident seçkiləri günü Rusiyanın baş naziri Vladimir Putin və həyat yoldaşı Lyudmila Rusiya Elmlər Akademiyasının əsas binasında öz seçki məntəqəsini tərk edərkən , üç “Femen” fəalı etiraz edir. Aksiya yalnız bir neçə dəqiqə davam edə bilir. İştirakçılar saxlanılır və polis bölməsinə aparılır.

2012-ci il may ayının 3-də “Femen” fəalları Avropa çempionatı ərəfəsində “Çempionatda seks turizmi və fahişəlik ilə bağlı humanitar fəlakətə işarə” olan “Avro-2012 altında Sex bomba” adlı bir mitinq təşkil edir.

Femençilər, Ukrayna Yunan Kotolok kilsəsininqarşısında represiya qurbanlarının şərəfinə, Maydan hadisələri zamanı “Tap, su var”, “Bura Ukraynadır, Alina deyil” şüarı ilə Rusiya prezidentinə etiraz, “Run, Leon, əhatə edəcəyik!” Leonid Kuçmaya qarşı icra edilən istintaqa qarşı etiraz, Donetsk “The siçan sürüşmək deyil” , Yeni Zelandiyalı seks-simvolçuların Ukraynaya turist səfərinə qarşı “Ukrayna fahişəxana deyil” şüarı ilə mitinq,Yaponiyada Sunami qurbanlarına dəstək olaraq “Həmin drakon məğlub olacaq” şüarları və sairələrlə çıxışlar ediblər.

“Femen”çilər daima təzyiq altında olublar. Onların özünəməxsus etiraz aksiyaları təmsil olunduqları, və aksiyanı keçirdikləri dövlətlərin qanunları çərçivəsində yasaqlanıb, həttda haqlarında müəyyən ölçülər də götürülüb. Buna baxmayaraq bu təşkilat getdikcə ətrafına yeni-yeni gənc tələbə və yeniyetmə qızları toplaya bilir. Ölkəsində baş verən haqsızlığa, ən çox da qadınların bilərəkdən, yaxud bilməyərəkdən fahişəliyə sürüklənməsinə özlərinin kəskin etirazlarını bildirirlər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə