Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Toyda kütləvi dava – ŞƏMKİRDƏ
Toyda kütləvi dava – ŞƏMKİRDƏ
29 Yanvar 2014 / 12:51 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Şəmkir rayonunun Yeniabad kəndində toy məclisi kütləvi davaya çevrilib.

Toyda birlikdə yeyib-içən həmyerlilər sonda bıçaq davasına çıxıblar. Hadisənin şahidləri KəpəzTV-yə deyiblər ki, davaya səbəb toyda  xeyli miqdarda spirtli içki qəbul edən dostların bir-biriləri ilə yersiz zarafat etmələri, nalayiq ifadələr işlətmələri olub. Çox keçmədən bu zarafat kütləvi davaya çevrilib. Nəticədə 30 yaşlı kənd sakini Mehman Fətəliyev çoxsaylı bıçaq zərbələri alaraq xəstəxanya yerləşdirilib. Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Şəmkir polisinin keçirdiyi ilkin istintaq tədbirləri zamanı məlum olub ki, Mehman Fətəliyevə bıçaqla xəsarət yetirən şəxs onun həmyerlisi, 30 yaşlı Xəyal Həsənovdur. Polisdən verilən məlumata görə, Həsənov cinayətdə istifadə etdiyi soyuq silahla birlikdə saxlanılıb. Hazırda davanın digər iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə