Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş redaktordan qəzetlərin tətil etməsindən danışdı
Baş redaktordan qəzetlərin tətil etməsindən danışdı
29 Yanvar 2014 / 13:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev “Media forum” saytına açıqlama göndərib. Avropa.info həmin açıqlamanı təqdim edir:

– “Mediaforum.az” saytında “Yanvarın 30-da tarixi qərar veriləcək” başlıqlı xəbər dərc olunub. Xəbərdə deyilir: “Yanvarın 25-də bir qrup qəzet redaktoru və səyyar satış şirkətlərinin təmsilçiləri “Zerkalo” qəzetinin redaksiyasında toplantı keçirib. Əl yayımına qadağa problemini müzakirə edən toplantı iştirakçıları bir neçə qərar qəbul ediblər. 7 mətbuat orqanının (“Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “Zerkalo”, “Novoye vremya”, “Gündəm xəbər”, “Gündəlik Bakı”) bir günlük tətil etməsi razılaşdırılıb. Deputatların, ictimaiyyət təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir, Sabir bağında piket keçirmək də qərara alınıb”.

“Bizim yol” qəzetinin redaksiyası bununla bağlı olaraq bəyan edir ki, məlumatda yanlışlıq var. Həmin toplantıda “Bizim yol” qəzetini baş redaktorun müavini Elçin Rüstəmli təmsil edib. Orda sadəcə, təkliflər səslənib və ümumi müzakirələr gedib. Qəzetlərin birgünlük tətil etməsi, prezident İlham Əliyevə müraciət olunması, Mirzə Ələkbər Sabir adına bağda piket keçirilməsi ilə bağlı “Bizim yol” qəzeti redaksiyası ilə hər hansı qərar razılaşdırılmayıb, çünki belə bir qərar yoxdur. Yekun qərar sabah – yanvarın 30-da media təmsilçilərinin toplantısında ətraflı müzakirələrdən sonra qəbul olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə