Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fərzəli Qədirovun müəllim biznesi
Fərzəli Qədirovun müəllim biznesi
29 Yanvar 2014 / 13:58 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Təhsil Nazirliyi kadrlar şöbəsinin rəisinin kurasiyasında olan sahədə qiymətlər paytaxt və əyalətlər üzrə dəyişir 

Azərbaycanda təhsil sisteminin hansı bəlaların içində olduğunu xüsusi olaraq yazmağa gərək yoxdur. Misir Mərdanovun nazirliyi dönəmində «əkilmiş» «turp»ların artıq «qızardığı»nı, hətta onun «yetişdiyini» görməmək mümkün deyil. Durumun kritikliyi isə odur ki, təhsil sektorunu korrupsiya və rüşvətxorluq ağır bir formada vurub.

Ötən gün Təhsil Nazirliyi ilə bağlı yaydığımız məlumatda bu məsələni araşdıracağımıza dair vəd vermişdik. Nazirliyi strateji təhlil və kadr işləri şöbəsinin müdiri Fərzalı Qədirovdan bəhs edən yazıda hal hazırda təhsilin hansı səviyyədə olması və digər problemlərdən bəhs olunmuşdu. Bu yazıda isə oxucular bir neçə suala cavab tapmaq imkanı əldə edəcəklər.

Jam.az-ın apardığı araşdırmalardan biri orta məktəblərdə müəllim işləmək istəyənlərin arzularını necə reallaşdıra biləcəyi ilə bağlı olub. Bununla əlaqədar əlimizə keçən məlumatlar və şikayətlər əsasında apardığımız araşdırmalar nəticəsində üzə çıxardığımız məqamlardan belə başa düşmək olar ki, ölkədə müəllim işləmək istəyənlərin əli mütləq cibində olmalıdır. Yəni, rüşvət verilmədən iş də yoxdur. Sadəcə, bu zaman şəxsin payon və ya şəhər yerində işləməsi arzusu qiymətləri dəyişə bilər.

Araşdırmalar nəticəsində belə aydın olub ki, faktiki dönəmdə Bakıda orta məktəblərdən birinə işə düzəlməyin qiyməti 5000-25000 manat aralığında dəyişir. Minimal hədd Bakının kənarları və kəndləri üçün nəzərdə tutulmuş rəqəmdir. 25 min manat isə mərkəzdəki, pristijli orta məktəblərə aid olan qiymətdir. Məsələn, Maştağa orta məktəbində müəllim işləmək istəyən üçün bu rəqəm 7-8 min manat arasında dəyişir. Masallıda isə 5000 manat istənilir. Gəncədə isə bu rəqəm 10-15 min manat aralığındadır.

Jam.az-ın araşdırmalarına görə, bütün bu yığımlar və təyinatların haması birbaşa Təhsil Nazirliyinin strateji təhlil və kadr işləri üzrə şöbənin müdiri Fərzalı Qədirovun əlindən çıxan məsələlərdir. Elə qiymətlərin bu həddə müəyyən edilməsi də məhz onun bacarığı kimi təqdim olunur. Məlumatlarda deyilir ki, hətta ən ucqar bir kənddə kiminsə müəllim təyin olunmasından xəbərdar olan Qədirov, hər bir kənd, qəsəbə və şəhər üçün də qiymət müəyyənləşdirmiş biridir.

Qeyd olunur ki, müəllim düzəlmək üçün yığılan pulların böyük qismi məhz şöbə müdirinə çatır. Fərzalı Qədirovun bu pulları təkbaşına yemədiyi və onu nazirlə bölüşdürdüyünü deməsi isə sığortalanmaq niyyətindən başqa bir şey deyil. Verilən məlumatlara görə, şöbə müdirinin nazirlə arası qəti yoxdur. Üstəlik, bir müddət əvvəl onu işdən çıxarmaq istəyən Mikayıl Cabbarovun tapşırıqlar qarşısında aciz qalması, Qədirovun postunda oturma ömrünü uzadıb. Ona görə də, bu yığılan pulların nazirə çatıb-çatmadığı müəmma olaraq qalır.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə