Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir Yevlaxıdakı adamlarını vəziyyətdən çıxartdı
Nazir Yevlaxıdakı adamlarını vəziyyətdən çıxartdı
29 Yanvar 2014 / 17:18 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə bu günlərdə yeni direktor təyin olunacaq. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. E.Babayev direktor əvəzi Rövşən Məhərrəmovun işdən azad edildiyi barədə yayılan məlumatları təsdiq edib. O bildirib ki, mərkəzdə direktor əvəzi olan R.Məhərrəmov işdən azad olunub. Onu müvəqqəti olaraq Natiq Məmmədov əvəz edir.

Redaksiyadan:

Bu olduqca gülməli məqamdır.. Hər hansısa problemi həll etmək əvəzinə, özünü yandırandan sonra kimisə işdən atmaq nəyə və kimə lazımdır.

Bu gün Yevlax, sabah da misal üçün Astara və ya Lerik…  O rayonlarda da kimsə özünü yandırmalıdır ki, SMM-in müdiri işdən çıxarılsın? Yoxsa, bu problemi kökündən həll eləmək lazımdır, Səlim müəllim.

Axı, sizin təyinatınız zamanı hamı düşünürdü ki, problemlər həll olunacaq. Əksinə daha da qabardı və faciəli hadisələr baş verdi. Eyni ilə Müdadiə nazirinin dəyişdirilməsi zamanı deyilirdi ki, daha əsğərlərimiz şəhid olmayacaq. Zakir Həsənov gəldisə, hər şey bitdi. Amma nə oldu? Əsgərlərlə bərabər zabitlərimizi də itiririk.

Hər hansısa hadisədən sonra problemin həllinə çaləşmaq və güya ki, günahkar işdən şıxarıldı deməyin özü cinayətdir. Ortada özünü yandıran bir Qarabağ qazisi var.

Və o özünü  Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində üzləşdiyi problemə görə yandırıb. Buna görə, cinayət işi açılmalı, günahkarlar məsuliyyətə cəldb olunmalıdır. Amma, Səlim Müslümov nə edir,  mərkəzin direktor əvəzi Rövşən Məhərrəmovu işdən uzaqlaşdırır. Bununla da nazirliyini və direktor əvəzi Rövşən Məhərrəmovu qorumuş olur? Uğur olsun sizə, cənablar. Bəlkə də, bu daha xeyirlisidir. Allah bundan pisindən saxlasın…..

arxiv.bizimxeber.az



Nazir Yevlaxıdakı adamlarını vəziyyətdən çıxartdı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə