Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İrəvan cəbhədəki hadisələrlə bağlı yalan danışır”
“İrəvan cəbhədəki hadisələrlə bağlı yalan danışır”
29 Yanvar 2014 / 17:21 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Xarici İşlər Nazirliyinin rəsmisi bunun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davamına hesablandığını deyib

Azərbaycan “Cəbhə xəttində baş verən hadisələrlə bağlı rəsmi İrəvan öz xalqına yalan danışır və onu aldadır. Onlar həqiqətləri lazımi olan mahiyyət, məzmun üzrə təqdim etmirlər”. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

E.Abdullayev bildirib ki, bu cür təxribatlarla işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi iradənin və eyni zamanda konstruktivliyin olmasına ciddi şübhə yaradır. Onun fikrincə, hər iki amilin şübhə doğurması, Ermənistan tərəfindən münaqişənin həllinə kölgə salır.

“Xüsusilə bu təxribatların danışıqlar ərəfəsində baş verməsi təbii ki, işğalçı ölkənin status-kvonun saxlanılmasında maraqlı olduğunu göstərir. Belə təxribatların və cəbhə xəttindəki gərginliyin tək bir əsası var. Təbii ki, bu da başlıca olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davamına hesablanıb. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilərsə, bu gərginlik də olmaz. Beynəlxalq ictimaiyyətə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumdur ki, rəsmi Bakı münaqişənin həlli ilə bağlı öz mövqeyini ortaya qoyub. Hər zaman bəyan etmişik ki, gec-tez Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunacaq”.

O, qeyd edib ki, bu gün ölkəmizin buna kifayət qədər imkanları və qüdrəti var. Burada ən vacib məqam isə azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. “Onlara qarşı edilən bu qanlı etnik təmizləmələr siyasəti onu göstərir ki, beynəlxalq ictimaiyyət hələ də işğalçı ölkəyə lazımi reaksiyanı göstərmir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə