Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəbhədəki məktəblərdə dərslərin dayandırıldı
Cəbhədəki məktəblərdə dərslərin dayandırıldı
29 Yanvar 2014 / 17:51 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Əlibəyli kəndində atəşkəs hallarının mütəmadi olaraq pozulması ilə əlaqədar olaraq məktəblərdə dərslər dayandırılıb. Cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblərdə keçirilən dərslərə 3 gündür ki, fasilə verilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində atəşkəs hallarının mütəmadi olaraq pozulması ilə əlaqədar olaraq məktəblərdə dərslər dayandırılıb.

Bu hallar daha çox cəbhə xəttinə yaxın ərzilərdə baş verən məktəblərdə müşahidə olunur. Hətta bəzi məktəblərə dərslərin müyyən saatlarda yarımçıq kəsildiyi də bildirilir.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə məktəblərdə təhsilin dayandırılmadığı bildirilib: “Bölgədə hər hansı bir məktəbdə dərs saatlarında axsama müşahidə olunursa bu barədə Nazirliyə məlumat verilir. Cəbhə bölgələrində dərsin dayanması ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”.

Xatırladaq ki, ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulub. Müdafiə Nazirliyindən bildiriblər ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Bir neçə gün əvvəl yayılan məlumatda isə Əlibəyli kəndində ermənilərin məktəblilər keçən yolu atəşə tutduqları məlumatı yayılmışdı.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə