Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis rəisi işdən çıxarıldı
Polis rəisi işdən çıxarıldı
29 Yanvar 2014 / 17:53 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyində ötən gün keçirilən geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə rayonun polis rəisinin fəaliyyətini ciddi tənqid edib.

R. Usubov Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. M. Mikayılovun səlahiyyətlərini hazırda idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov icra edir.

R. Usubov, həmçinin Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun də fəaliyyətini ciddi tənqid edib və onların rəhbəri olduğu polis şöbələrində yoxlamaların aparılması barədə aidiyyəti şəxslərə tapşırıq verib. Yoxlamaların nəticəsindən asılı olaraq həmin polis rəisləri barəsində də ölçü götürüləcəyi bildirilib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi Qomboy Zeynalov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin idarənin rəisi vəzifəsini icra etmək Əkbər Ələkbərliyə həvalə olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə