Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda qadın özünə od vurdu – YENİLƏNİB
Bakıda qadın özünə od vurdu – YENİLƏNİB
30 Yanvar 2014 / 13:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında özünü yandıran 21 yaşlı Məleykə İntizam qızı Bayramlı ağır vəziyyətdə 5 saylı xəstəxanaya çatdırılıb

Bu gün Bakıda özünü yandıran qadının kimliyinə aydınlıq gəlib. ANS PRESS-in xəstəxanada olan əməkdaşının məlumatına görə, qadının adı Məleykə Bayramlı İntizam qızıdır. 1993-cü il təvəllüdlü qızın bədəninin 70-75 faizi yanıb
***11.36

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. ANS PRESS-in məlumatına görə, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.

Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.

Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.

Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə