Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva donur
Moskva donur
30 Yanvar 2014 / 13:19 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Rusiya paytaxtında rekord şaxta qeydə alınıb

Rusiyanın paytaxtı Moskvada rekord şaxta qeydə alınıb. Şəhərdə temperatur -26 dərəcəyədək, Moskva vilayətində isə -30 dərəcəyədək düşüb.

“NTV” telekanalının məlumatına görə, kəskin soyuqlarla əlaqədar Moskva Şəhər Nəqliyyat İdarəsi xəttə əlavə avtobus, tramvay və trolleybuslar buraxıb. Əlavə ictimai nəqliyyat vasitələri şaxtalı havada sakinlərin dayanacaqlarda gözləmə müddətini azaltmaq məqsədilə xəttə çıxarılıb. İctimai nəqliyyatda istilik sisteminin də gücləndirildiyi bildirilir.

Moskvada şaxtalı havanın bu həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır. Meteoroloqlar Moskva vilayətində temperatunun yanvarın sonları üçün səciyyəvi olan temperaturdan 10 dərəcə aşağı olduğunu bildirirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə