Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurlar özünü yandıran yevlaxlı əlilə 200 manat “halallıq” göndərib
Məmurlar özünü yandıran yevlaxlı əlilə 200 manat “halallıq” göndərib
30 Yanvar 2014 / 13:28 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi (ƏƏSMN) Yevlax rayon şöbəsinin qarşısında özünü yandıran III qrup əlil Nizami Kərimovun vəziyyəti yaxşıdır.

Bu məlumatı əlilin qardaşı Sabir Kərimov verib. O bildirdi ki, dünən axşam saatlarından etibarən qardaşının səhhətində yaxşılığa doğru irəliləyiş var: “Həkimlər qardaşıma yemək verməyimizə icazə verir. Vəziyyəti isə dünənə nisbətən yaxşıdır”.

S.Kərimov dünən axşam ƏƏSMN-in Yevlax şöbəsindən onlara pul göndərildiyini də söylədi: “Dünən axşam Yevlaxdan gələn qardaşımla bizə 200 manat pul göndəriblər. Bu pulu Yevlax rayon Sosial Müdafiə Mərkəzindən veriblər. Məmurlar deyiblər ki, pul lazım olsa, yenə verəcəyik”.

Xatırladaq ki, əlilin özünü yandırmasından sonra ƏƏSMN rəhbəri Səlim Müslümov Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmovu işdən azad etmişdi. Hazırda R.Məhərrəmovun vəzifəsini mərkəzin direktor əvəzi Natiq Məmmədov yerinə yetirir. /virtualaz.org/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə