Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Benzinin qiyməti qalxacaq
Benzinin qiyməti qalxacaq
30 Yanvar 2014 / 13:39 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

İran Prezidenti Həsən Ruhani bəyan edib ki, gələn ildən (İranda il 21 martda dəyişir) ölkədə benzinin qiyməti qalxacaq. Bu barədə İranın İRNA agentliyi xəbər yayıb.

Məlumata görə, enerjidaşıyıcıların (neft, qaz, benzin və digərlərinin) qiymətlərinin orta hesabla 33 faiz artması növbəti il üçün ölkənin dövlət büdcəsinin layihəsində nəzərdə tutulub.

Prezident qeyd edib ki, benzinin qiyməti hətta digər enerjidaşıyıcılardan çox arta bilər. Hazırda İranda benzinin dövlət tərəfindən subsidiyalaşdırılan bir litrinin qiyməti 4 min rialadır (16 sentə yaxın), halbuki sərbəst bazarda bir litr benzini qiyməti yeddi min riala çatır.

Bu gün avtomobillərə malik olan İran vətəndaşları hər ay dövlətdən 60 litr benzinə görə maddi yardım alırlar, ancaq növbəti təqvim ilində bir litr benzin üçün onlar yeddi min rial ödəməli olacaqlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə