Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İş adamı İbrahim Nehrəmliyə görə özünü yandıracağına SÖZ verdi
İş adamı İbrahim Nehrəmliyə görə özünü yandıracağına SÖZ verdi
30 Yanvar 2014 / 14:03 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

“Xahiş edirəm, mən intihar edəndən sonra heç kim məni dəli və alkoqolik adlandırmasın”

 “AVESTA” Şirkətinin prezidenti  Hacı İbrahim Nehrəmlinin ona məxsus iki mənzili  mənimsədiyini  iddia edən  cavab almadığını bildirən  iş adamı Elşad Məmmədov  fevralın 1-də özünü yandıracağını bəyan edib.
Avropa.info-ya  göndərdiyi müraciəti “son müraciət” adlandıran  Elşad Məmmədov  hüquq mühafizə orqanlarını onun işinə baxmamaqda qınayıb. “İki il ərzində etdiyim müraciətlərə baxılmadı. Heç bir hüquq-mühafizə orqanı mənimlə maraqlanmadı. Bilirəm ki intihar etmək haramdı. Amma bu yola getməklə mən öz millətimə səslənirəm  mənim intiharımın əsl səbəbkarı Hacı İbrahim Nehrəmlidir. Mənim  2 ildir ki, öz haqqımı bərpa etmək ücün mübarizəmin hec bir faydası olmadı. Əksinə mənim özümü oğurluqda və başqa ölkəyə qacmaqda ittiham etdilər.
Hacı İbrahim öz əlaqələrindən istifadə edərək  hamını susdurub. Satın aldığı mətbuat isə məni maşennik adlandırır. Xahiş edirəm, mən intihar edəndən sonra  heç kim məni  dəli və alkoqolik adlandırmasın. Mən müsəlmanam.Mən yetimciliklə böyüyən və bu günə kimi haram tikə yeməyən bir oglanam.  Hacı İbrahim   mənim 11 il ərzində min bir əziyyətlə əldə etdiyimi  sərvətimi əlimdən aldı. Mən ölümdən və türmədən qorxan oglan deyiləm.  İndiyədək  Azərbaycanda İbrahim Nehrəmli ilə bu  qədər mübarizə aparmamışdı..Allah bağışlayan və Rəhimlidir. 3 körpə övladımı Allaha , sonra isə  müsalman qardaşlarıma, haram tikə yeməyən mərd oglanlara həvalə edirəm.Mənim yerim hazırdı. Bu şəkildəkilər  anam  və atamdır. Bu agacları da özüm əkmişdim cox böyüyüblər.Xalqimdan bir xaişim hec kim bu qudurqan və zalım olqarxlardan qorxasın haqqınızı mənim kimi həmişə tələb edin. Mənim ölümümdə əsas səbəbkarlar bunlardır.
1. “Avsta”şirkətinin rəhbəri Nehrəmli Hacı İbrahim.
2. Həsən-96″MTK-nın sədri Emil Tağıyev (nehrəmli Hacı İbrahimin bacanağı.)
3.Həsən-96″MTK-nın şöbə müdiri Zülü İskəndərov.
4.Nərimanov polis bölməsini tədqiqatcısı kapitan Tərlan Muradov.
5.Nəsimi rayon Məhkəməsinin  hakimi Səyyad Qafari.
6.Apellyasiya Məhkəməsinin  hakimi Xuraman Məhərrəmli.
6.Ali məhkəmənin hakimi  Qəhrəman Allahverdiyev.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə