Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Taner Yıldız: İran qazının qiyməti Türkiyəni qane etmir
Taner Yıldız: İran qazının qiyməti Türkiyəni qane etmir
30 Yanvar 2014 / 15:50 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İranın təbii qaza görə təklif etdiyi qiymət Türkiyəni qane etmir, çünki qiymət çox yüksəkdir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə və İran qazın qiyməti məsələsi üzrə danışıqlar aparırlar, lakin tərəflər arasında hələ heç bir razılıq əldə olunmayıb.

Rəsmi Ankaranın İran qazının qiyməti məsələsi üzrə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciətini şərh edən nazir qeyd edib ki, Türkiyənin bu məsələdə maraqları hər şeydən yüksəkdə dayanır.

T.Yıldız bildirib ki, hazırda İranın enerji resurslarının Türkiyə ərazisi ilə dünya bazarlarına tədarükü məsələsi üzrə danışıqlar aparılır.

Qeyd edək ki, İran qazının qiyməti rəsmən açıqlanmayıb, lakin Türkiyə KİV-in məlumatına görə, Ankara 1000 kubmetr İran qazına görə 490 dollar ödəyir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə