Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Partlayış törədənlərin şəxsiyyəti məlum oldu
Partlayış törədənlərin şəxsiyyəti məlum oldu
30 Yanvar 2014 / 15:51 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Volqoqradda vağzal və trolleybusda partlayış törətmiş intiharçı-terrorçuların şəxsiyyəti müəyyənləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya Milli Antiterror Komitəsinə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, 2013-cü il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları üzrə qaldırılmış cinayət işinin istintaqı çərçivəsində isti izlərlə iki intiharçı-terrorçunun şəxsiyyəti müəyyən edilib: “Bunlar “Buynak terror qruplaşması”nın üzvləri Əsgər Səmədov və Süleyman Maqomedovdur”.

O da bildirilir ki, Volqoqrada iki intiharçı-terrorçunu gətirməkdə şübhəli bilinən iki nəfər isə Dağıstanda tutulub: “Həmin şəxslər Maqomednəbi və Tahir Batirov qardaşlarıdır”. Qeyd edək ki, ötən il dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror aktları nəticəsində 34 nəfər ölmüş, 106 nəfər isə xəsarət almışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə