Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bir aylıq acı intihar STATİSTİKASI: 25 cəhd, 6 ölü
Bir aylıq acı intihar STATİSTİKASI: 25 cəhd, 6 ölü
30 Yanvar 2014 / 17:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bu ay Bakı şəhərində özünə qəsd hadisələrinin sayı açıqlanıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova açıqlamasında deyib ki, yanvar ayı ərzində 25 özünə qəsd hadisəsi baş verib.

Onun sözlərinə görə, özünə qəsd edənlərdən 6-nın həyatını xilas etmək mümkün olmayıb: “Yanvar ayı ərzində 6 nəfər – 4 qadın, 2 kişi özünü asıb. Hadisələrin hamısı ölümlə nəticələnib. 1 nəfər özünü bıçaqlayıb, o, xəstəxanaya çatdırılıb. 1 qadın özünü dənizə atıb, onu xilas etmək mümkün olub. 17 nəfər isə özünü zəhərləyib. Bunlardan 2-si sirkə turşusu, 15 nəfər isə dərmanla zəhərlənmədir. Onların arasında ölən yoxdur, hamısı xəstəxanaya yerləşdirilib”.

Z. Vahidova qeyd edib ki, özünə qəsdlərin səbəbi onlara məlum deyil: “Bunun səbəbi bizə məlum deyil. Bizim borcumuz xəstəyə ilk yardım etmək, xəstəxanaya çatdırmaq, ölüm olduğu halda, bu barədə polisə məlumat verməkdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə