Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pərviz Məmmədov haqqında şok məlumatlar-FOTO
Pərviz Məmmədov haqqında şok məlumatlar-FOTO
30 Yanvar 2014 / 17:56 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Hər sektor müdiri 15000, hər inspektor 1500 manat “haqq” verməlidir 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 oktyabr 2013-cü il tarixdə Energetika Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılsın…
Hazırda yeni nazirliyin yaradılması prosesi gedir. Energetika Nazirliyinin yeni Əsasnaməsi hazırlanır, struktur və işçilərin say tərkibi barədə təkliflər təqdim edilir.Yeni nazirliyin yaradılması ilə “möhkəm” məşğul olanlardan biri də “Əməkdar mühəndis”, nazirlikdə yaradılmış korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü, eyni zamanda qurumun tabeçiliyində olan Dövlət Enerji Nəzarət İdarəsinin rəisi Pərviz Məmmədovdur.Qafqaznews.az-ın ötən yazılarında Pərviz Məmmədovun əməlləri barədə yazılar dərc etmişik. Qısa xartırlatma üçün bilidirək ki, ayda 500-600 manat əmək haqqı alan Pərviz Məmmədov Qəbələ rayonunda dəyəri milyonlarla ölçülən villalar inşa etdrib. Özü də hər övladı üçün ayrıca. Pərviz Məmmədov Xətai rayonu M.Hadi küçəsində Xətai DY Polisinin binası ilə üzbəüz yerləşən yeni göydələn binanın 3-cü blokunda hər ailə üzvü üçün sahəsi 200 kv.m olmaqla 600 kv.m sahəsi olan mənzil alıb.Pərviz Məmmədovun hər bir ailə üzvü dəyəri 100 min olan xarici “avto”larda gəzirlər. Seriyaları da maraqlıdır: HONDA AA-905, BMV X5-905, BMV X6-905-də, Toyota Pajero -905, Toyota Prado-905….


Bizim kiminsə pulunu, var-dövlətini saymaq fikrimiz yoxdur. Ancaq bu boyda əmlak, mülklər hansı pulla alınıb? Axı, dövlətdən ayda 500-600 manat əmək haqqı alan dövlət məmuru bu əmlakı hansı pulla əldə edib? Bəlkə xəzinə tapıb?
Bəli, xəzinə tapıb. Amma bu xəzinənin əsl adı ölkə başçısı İlham Əliyev cənabları demişkən bəladır: 
“Mərkəzi və yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işi açılmalıdır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək”
Ölkə başçısı cəmiyyəti bu bəladan qurtarmaq üçün ortaya siyasi iradə qoyur, gecə-gündüz çalışır. Pərviz Məmmədov kimi bəzi dövlət məmurları isə… 
Pərviz Məmmədov Bakı şəhərində yeni tikilən binaların, obyektlərin texniki şərtlərinin yerinə yetirilməsinə görə, istismara buraxılması üçün, aktı verməyə görə hər kvadrat metrə üçün “haqq-hesab” tələb edir. Məsələn, Tbilsi prospektində “Qafaz otel”, Badamdar qəsəbəsində “Kempers otel”, Bilgə qəsəbəsindəki “Cumera otel”, hətta Nizami kinoteatrı və s. kimi mühüm obyektlər hələ də bu günə kimi sənədlərini qaydaya sala bilmirlər. Niyə? Yuxarıda qeyd elədiyimiz “bəla” səbəbindən. Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan şok məlumata görə Pərviz Məmmədov yuxarıda qeyd elədiyimiz kimi yeni nazirliyin yaradılmasına “çox möhkəm” girişib.

Məlum olduğu kimi yeni nazirlik yaradılanda ( reorqanizasiya ) köhnə nazirliyin bütün işçiləri “havada” qalır, yəni onlar yenidən işə götürülürlər. Mənbə bildirir ki, məhz bu məqamdan istifadə edən Pərviz Məmmədov öz tabeçiliyində olan 11 sektor müdirinin hər birindən 15000 manat, 120 nəfər inspektorun hər birindən isə 1500 manat alaraq söz verib ki, sizləri vəzifənizdə saxlayacam. Bundan görəsən yeni nazir Natiq Əliyevin xəbəri varmı?
Növbəti sayımızda Pərviz Məmmədovun özününün digər əməlləri və oğlanlarının, kürəkəninin qeyri-qanuni biznesləri barədə yazacağıq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə