Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Laçının icra başçısını kim və niyə danladı?
Laçının icra başçısını kim və niyə danladı?
31 Yanvar 2014 / 19:20 / Baxış sayı: 194
Font1 Font2 Font3 Font4

Akif Səlimovun vurulma projesi hazırdı… 

İşğal altında olan Laçın rayonunun əhalisi demək olar ki, ölkənin bütün rayonlarına yayılıblar. Məcburi köçkün həyatı yaşayan və ağır günlər keçirən bu insanlar, bir də icra başçısı Akif Səlimovun əlindən əziyyətə düçar olublar. Artıq iş o həddə çatıb ki, insanlar üzləşdikləri problemlərdən dolayı etirazlara belə qalxıblar.

Qeyd edək ki, dünən Ağcabədidə məskunlaşan Laçından olan məcburi köçkünlər Bəhramtəpə-Mingəçevir şosesinin 90-cı kilometrliyində etiraz əlaməti olaraq, yolu bağlayıblar. Şosenin Ağcabədi rayonundan keçən hissəsində yolu bağlayan məcburi köçkünlərin aksiyasına səbəb otlaq sahələrinin zəbt edilməsi olub. Məcburi köçkünlərin sözlərinə görə, otlaq sahələri fermer tərəfindən zəbt olunub.

Bundan başqa kommunal xidmətlərin səviyyəsinin aşağı olmasından, xüsusən elektrik enerjisinin verilməsindəki problemlərdən şikayətlənən məcburi köçkünlər əlaqədar qurumlardan problemlərin həllini tələb ediblər.

Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Laçının icra başçısı Akif Səlimov isə mətbuatda özü haqqında mədhiyyələr yazdırmaqla məşğuldur. Bəzi KİV-lərdə özü haqqında geniş «tərif» yazıları yayımlatdıran icra başçısı bununla özünü «yaxşı işçi» kimi göstərməyə cəhd edir. Və hesab edir ki, hakimiyyət dairələri həmin məlumatları oxuduqdan sonra ona razılıq edəcəklər. Bəzi məlumatlara görə isə Akif Səlimov işdən çıxarılacağından əndişə edir. Çünki haqqında xeyli sayda şikayətlərin olmasından dolayı bir neçə dəfə rəsmi qurumlar tərəfindən tənbeh olunduğu deyilir.

Vurğulanır ki, Prezident Admnistrasiyasında keçirilən müşavirələrin birində ona «rayondan çoxlu şikayətlər gəlir» iradını tutublar. Və icra başçısından tələb olunub ki, həmin şikayətləri araşdırsın və problemləri də həll etsin. Amma Akfi Səlimov tam tərsi şəkilində hərəkət edərək, keçmişdə polisdə işlədiyi metodlara baş vurub. Nəticədə, problemləri həll etmək əvəzinə, ört-basdır edib. Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçib.

arxiv.bizimxeber.az



Laçının icra başçısını kim və niyə danladı? yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə