Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanukoviç etirazçıları əfv etdi
Yanukoviç etirazçıları əfv etdi
31 Yanvar 2014 / 22:20 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Ukrayna Prezidenti Viktor Yanukoviç etiraz aksiyalarının iştirakçılarının əfv edilməsi barədə qanunu imzalayıb. Bu barədə İTAR-TASS məlumat verir.

Qanun iğtişaşlar zamanı ağır cinayət törətmiş aksiya iştirakçılarından başqa, bütün etirazçıların əfv edilməsini nəzərdə tutur. Sənədə əsasən, etirazçılar 15 gün ərzində paytaxt Kiyevdə və regionlarda zəbt etdikləri inzibati binaları boşaltmalıdırlar.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə