Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elman Mehdiyev DSMF-də “təmizləmə” əməliyyatına başladı
Elman Mehdiyev DSMF-də “təmizləmə” əməliyyatına başladı
11 Fevral 2014 / 14:06 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Dövlət Sosial Müdafiə Fondunda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib. Bu barədə  Fondan məlumat verilib.

İclası giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2013-cü ildə də uğurla davam etdirilib.

Kollegiya iclasında Fondun yerli orqanlarının 2013-cü ildəki fəaliyyəti ətraflı təhlil edilib və öz işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

arxiv.bizimxeber.az



Elman Mehdiyev DSMF-də “təmizləmə” əməliyyatına başladı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə