Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov araşdırma aparır?
Səlim Müslümov araşdırma aparır?
11 Fevral 2014 / 14:53 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Azərbaycanda saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı aparılan araşdırmalar zamanı 150 min manat məbləğində vəsait büdcəyə qaytarılıb. 

Bu fakt Ağdam rayonunda aşkarlanıb və 86 nəfərin həqiqətən qeyri-qanuni ünvanlı sosial yardım aldığı müəyyənləşdirilib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ünvanlı sosial yardım alanların tam siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib.

«Artıq bir sıra insanlar buna reaksiya veriblər. Belə ki, onların adları siyahıda olduğu halda heç bir yardım almayıblar və onlara ayrılan yardım başqaları tərəfindən mənimsənilib. Artıq buna görə məsuliyyət daşıyan şəxslər barəsində lazımi məlumatlar toplanılıb və yaxın vaxtlarda Respublika Prokurorluğuna təqdim olunacaq», – deyə S.Müslümov vurğulayıb. Nazir əlavə edib ki, bu məsələ ilə bağlı digər rayonlar üzrə də məlumatlar daxil olur və Nazirlik lazımi yoxlamalar aparır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə