Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

0 yaşlı gəlin yaşadığı dəhşətdən danışdı – ŞOK
0 yaşlı gəlin yaşadığı dəhşətdən danışdı – ŞOK
11 Fevral 2014 / 17:55 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

“Bıçaqla məni yaraladılar. İşgəncə verirdilər. Hər gün deyirdilər ki, ya səni qovacağıq, ya da, öldürəcəyik”

“Bıçaqla məni yaraladılar. İşgəncə verirdilər. Hər gün deyirdilər ki, ya səni qovacağıq, ya da, öldürəcəyik. Sən mənim istəkli gəlinim olmamısan. Bir gün orada yaxşı günüm olmayıb. Allaha and olsun, qaynatam əlimə siqaret basırdı”. Bu barədə 20 yaşlı Qutamə Arzu qızı Rükiyeva məhkəmə zamanı ifadə verib.

Astara rayonun Pəlikəş kənd sakini Malik Nabatovun yaşadığı evdə Afiəddin və arvadı Mirvarilə qabaqcadan əlbir olaraq, gəlini 20 yaşlı Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edərək bədəninə dəfələrlə yanan siqaret basması, saçlarını qırxıb, müxtəlif fiziki əzab verməsilə bağlı məhkəmə iclası keçirilib.

Qeyd edək ki, yaxın qohumu, həmkəndlisi, həm də, sinif yoldaşı ilə 2 il öncə ailə həyatı quran Qutamə Rukiyeva 8 ay ərzində zorakılığa məruz qaldığını iddi edir. Qızın anası isə yaranmış ailə faciəsində yeznəsinin valideynlərini günahkar sayır.

Gəlinə işgəncələr verdiyi üçün Qutamə Rükiyevanın əri Afiyəddin Nabatov, qayınatası Malik və qayınanası Mirvari Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3 maddələrilə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.

hakim İsmayıl Abdürrəhmanlının sədrliyi ilə keçirilən növbəti məhkəmədə təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf ediblər.

Qeyd edək ki, təqsirləndirilən Mirvari Şahmuradova zaminə buraxılsa da, ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirləri subuta yetiriləcəyi təqdirdə Nabatovları 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə