Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyanı Ermənistana xəyanətdə ittiham edirlər
Sarkisyanı Ermənistana xəyanətdə ittiham edirlər
12 Fevral 2014 / 13:38 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Sabiq prezident Levon Ter-Petrosyan administrasiyasında milli təhlükəsizlik müşaviri işləyən Jirayr Libaredyan Serj

Sarkisyanı “Qarabağı rüşvətlə Rusiyaya satmaqda” ittiham edib

Hakimiyyətə qarşı aksiyaların miqyası genişlənir. Ermənistanda mövcud hakimiyyətin sırf xaricdən gələn göstərişlər əsasında hərəkət etməsi, xarici ağaların sifarişini yerinə yetirməsi və beləliklə, ölkənin formal müstəqilliyini də qurban verməsi ictimaiyyətdə böyük narazılığa yol açmaqdadır. Yaranmış vəziyyətdən istifadə etməyə çalışan müxalif qüvvələr isə Serj Sarkisyan iqtidarını istefaya göndərməyə çalışır.

Məlumdur ki, Ermənistan parlamentində hakim koalisiyaya daxil olmayan fraksiyalar, yəni Ermənistan Milli Konqresi, “Daşnaksütyun”, “İrs” və “Çiçəklənən Ermənistan” partiyaları bu istiqamətdə fəaliyyətə keçiblər. Onlar parlamentin növbəti dörd günlük iş həftəsi ərzində, yəni fevralın 24-27-də baş nazir Tiqran Sarkisyana etimadsızlıq elan edilməsi məsələsini qaldırmağa hazırlaşırlar.

Ermənistan Milli Konqresi və “Çiçəklənən Ermənistan” müvafiq sənədin məzmununu artıq razılaşdırıblar. Hazırkı mərhələdə yalnız “Daşnaksütyun” və “İrs” partiyaları taktiki məsələlərdə tərəddüd edirlər. Lakin Ermənistan Milli Konqresi və “Çiçəklənən Ermənistan” sonda bu fraksiyaların da təşəbbüsə qoşulacaqlarını gözləyirlər.

Bundan başqa, fəal etiraz aksiyalarına start verilməsi də gündəmdədir. Artıq Ermənistan Milli Konqresi 1 mart tarixinə planlaşdırılmış mitinqinə çağırış aksiyalarına indidən başlayıb. Bundan ehtiyatlanan hakimiyyət isə Ermənistan Milli Konqresinin fəallarını həbs etməkdədir. Lakin aksiya fəalları bəzi küçələrin divarlarına prezident Serj Sarkisyanın şəkillərini çəkib altından “Serj dövlət xainidir” sözləri yazırlar. Bununla bağlı 9 fəal həbs olunub.

Həbs edilmiş aksiya fəallarından biri Areq Qevorqyanın sözlərinə görə, Ermənistan polisi onların sərbəst toplaşmaq hüquqlarını pozur: “Bizi hələ aksiya başlamazdan qabaq həbs etdilər. Heç bir arqument göstərmədən əlimizi-qolumuzu bağlayıb apardılar. Dedilər ki, guya divarlara yapışdırdığımız kağızlar mülkiyyətə ziyan vurur. Güman edirik ki, polislər bizdən də qabaq hazırlaşıblar, sayları çox idi. Hər kəsə məlum ssenari ilə dinc mitinq keçirməyə icazə vermirlər. Azadlığımız əlimizdən alınıb, hüquqlarımız tapdalanıb”.

Etirazçılar maneələrə baxmayaraq, martın 1-də hökumət əleyhinə planlaşdırılmış mitinq keçirəcəklərini bildiriblər. Hazırda ölkənin müxtəlif yerlərində “Xain Sarkisyan” aksiyaları davam edir.

Bu arada isə Sarkisyanın ünvanına daha bir maraqlı ittiham sabiq prezident Levon Ter-Petrosyan administrasiyasında milli təhlükəsizlik müşaviri işləyən, hazırda ABŞ-da yaşayan Jirayr Libaredyandan gəlib. O, Serj Sarkisyanı “Qarabağı rüşvətlə Rusiyaya satmaqda” ittiham edib. “İratec de facto” adlı erməni qəzetinə müsahibəsində Jirayr Libaredyan qeyd edib: “Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ rəhbərliyi ilə birlikdə praktiki olaraq ölkənin müstəqilliyini və Dağlıq Qarabağın taleyini Rusiyaya təslim edir. Və bu, rüşvət formasında edilir. Ermənistan hakimiyyətinin Rusiyaya etdiyi güzəştlər ölkənin satılmasından başqa bir şey deyil. Əks halda bu güzəştləri heç nə ilə əsaslandırmaq olmaz. Serj Sarkisyan Gömrük İttifaqına üzvlüyü təhlükəsizlik amili ilə əsaslandırır. Guya nə baş verəcəkdi? Türkiyə Ermənistana hücum edəcəkdi və Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyəcəkdi? Türkiyənin bizə hücum etmək fikri yoxdur. Rusiya isə heç vaxt Qarabağı bizə vəd etməyib və etmir. İndiki bazar alverinin səviyyəsi tələb edir ki, bizim hakimiyyət təhlükənin haradan qaynaqlandığını dəqiq desin. Hələlik elə təsəvvür yaranır ki, təhlükə istisnasız olaraq Moskvadan yönəlmişdi, bizimkilər isə sadəcə olaraq Rusiyanı ələ almaq istəyir. Lakin Rusiyanın bu cür rüşvəti qəbul etmək üçün özünəvurğunluğu həddən artıqdır. O hesab edir ki, bizim verdiklərimiz təbii haqqıdır”.

Libaredyan hesab edir ki, hakimiyyət ölkəni indiki dalandan çıxarmaq üçün son 15 ildəki səhvlərini etiraf etməlidir. “Birincisi, biz öz qonşularımızla problemlərimizi həll etməliyik, bununla da təhdidləri və Rusiyadan, hansısa başqa ölkədən asılılıq səviyyəsini azaltmalıyıq. İkincisi, etiraf etmək lazımdır ki, Serj Sarkisyanın xarici siyasətinin ideyası, yəni təhlükəsizliyi Rusiyadan, iqtisadi inkişafı Qərbdən almaq ideyası böyük sabun köpüyündən başqa bir şey deyildi”.

Bunlara görə Ermənistanda hazırda Sarkisyan iqtidarından narazılıq artır və bu fonda müxalifət indiki prezidenti devirmək istəyir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə