Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rayon qaz idarələri ləğv olunur? AÇIQLAMA
Rayon qaz idarələri ləğv olunur? AÇIQLAMA
12 Fevral 2014 / 13:39 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

“ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyində strukturun təkmilləşdirilməsi işləri həyata keçirilir”. Bunu Lent.az-a açıqlamasında “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, artıq bu işlərə start verilib: “Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına bununla bağlı bildirişlər paylanılıb. Çünki həmin qurumlarda çalışanlar strukturun təkmilləşdirilməsi işlərindən xəbər tutmalıdırlar”.

İB-in sözçüsü rayon qaz istismar sahələrinin ləğv edilməsi məsələsini də istisna etməyib: “Hələlik Zaqatalada regional idarə yaradılıb. Bundan sonrada “Azəriqaz”da strukturun təkmilləşdirilməsi işləri davam etdiriləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə