Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samux RPŞ-in rəisi cəzalandırıldı
Samux RPŞ-in rəisi cəzalandırıldı
12 Fevral 2014 / 14:00 / Baxış sayı: 3740
Font1 Font2 Font3 Font4

Qafqaznews.az saytına Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Akif Nəbiyev və əməkdaşları barədə ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, bu ilin yanvar ayının əvvəlində Samux RPŞ-in əməkdaşları 19 yaşlı rayon sakinini şöbəyə gətirib orada qanunsuz saxlayaraq ona qarşı fiziki zorakılıq ediblər. Bu zorakılıq əməliyyatına birbaşa Samux RPŞ-in Cinayət Axtarış Bölməsinin (CAB) rəsi Azər Əsgərov rəhbərlik edib. Heç bir günahı olmadan işgəncəyə məruz qalan gəncin valideyinləri bu barədə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət ediblər.

Hörmətli nazirin operariv göstərişi ilə Samux RPŞ-də yoxlamalar başlayıb. Və araşdırmadan sonra Samux RPŞ-in rəisinə DİN tərəfindən ciddi xəbərdarlıq edilib. CAB-ın rəisinə isə töhmət verilib. Qeyd edək ki, bu töhmət bir il müddətində Azər Əsgərova DİN tərəfindən verilən beşinci töhmətdir. Mənbə onu da bildirir ki, bu hadisədən 3 ay əvvəl Samux RPŞ-in rəisi Akif Nəbiyevə DİN tərəfindən ciddi xəbərdarlıq edilibmiş
Görünür bu ciddi xəbərdarlıqların RPŞ-in rəisi üçün ölçüsüzlüyü DİN-də də adi hala çevrilib. Bu məsələ ilə bağlı dəfələrlə DİN-in mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən olmadı. Bu yazı dərc olunarkən yeni məlumat aldıq ki, Azər Əsgərov RPŞ-in rəisi Akif Nəbiyevin tələbə yoldaşı olduğu üçün özünü toxunulmaz hesab edir.


Samux RPŞ-in rəisi cəzalandırıldı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə