Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Metrostansiya yaxınlığındakı partlayışda 3 nəfər xəsarət alıb
Metrostansiya yaxınlığındakı partlayışda 3 nəfər xəsarət alıb
13 Fevral 2014 / 10:35 / Baxış sayı: 102
Font1 Font2 Font3 Font4

Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, hadisə “Azadlıq” metrostansiyası yaxınlığındakı yarımçıq tikilidə baş verib: “İlkin məlumata görə, 4 mərtəbəli yarımçıq tikilinin zirzəmisində qaz sızması baş verib. Hadisə nəticəsində yaınlıqdan keçən 3 nəfərə ziyan dəyib. 38 və 53 yaşlarında iki qadın və 24 yaşında 1 kişi xəstəxanaya aparılıb. Qadınlar 1 saylı Kliniki Tibbi Mərkəzə, kişi isə Travmotologiya İnstitutuna yerləşdirilib. Hazırda hadisə yerində 3 təcili yardım briqadası qalıb. Qalan briqadalar geri çağırılıb”.

Hadisə nəticəsində yaralanan qadınlardan biri kəllə-beyin travması alıb, digərinin isə bud sümüyü sınıb.

***

Bu gün “Azadlıq” metrostansiyası yaxınlığında partlayış hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, 8-ci mikrorayonda, “Azadlıq prospekti” metrostansiyası yaxınlığında partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə xilasedicilər göndərilib. Yaxınlıqdakı şəxslərin bildirdiyinə görə, partlayışın gücündən yaxınlıqdakı binalar silkələnib.

Hadisənin hansı şəraitdə baş verdiyi, zərərçəkənlərin olub-olmadığı məlum deyil. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, partlayışla bağlı stansiyaya məlumat daxil olub. Hazırda təcili yardım briqadaları hadisə yerinə çatmağa tələsirlər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə