Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehman Əliyev: “Mənə MTN-də general vəzifəsi təklif olunub”
Mehman Əliyev: “Mənə MTN-də general vəzifəsi təklif olunub”
13 Fevral 2014 / 12:16 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

“Turan” İnformasiya Agentliyinin rəhbəri haqqında yayılan şayiələrə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında bildirib ki, Eynulla Fətullayevin yazdıqları cəfəngiyatdan başqa bir şey deyil:  “Mənə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Analitik İdarəsinin rəisi vəzifəsi təklif olunub. Bu, general vəzifəsidir. Ancaq mən bu vəzifədən imtina etdim. Əgər mən bu vəzifədən imtina etmişəmsə, gedib hər hansı bir kəsə işləyəcəyəm? Eynulla Fətullayev yazır ki, mən Azərbaycanda ABŞ və Ukraynalılarla inqilab etmək istəyirəm. Digər tərəfdən isə deyir ki, guya, mən hakimiyyətə işləyirəm. Yazıda adı çəkilən Babək Muradovu tanıyıram. Diqqət edin, mənə general vəzifəsi təklif olunub, siz nədən danışırsınız, Babək Muradov bu təklifin qarşılığında nədir ki?”

Xatirladaq ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb.

Həmin yazıda “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqda isə bunlar qeyd olunub: “Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN-lə əməkdaşlıq edir. Babək Muradov MTN rəhbərliyinə yaxın şəxsdir. M.Əliyev maskalanmış radikal müxalifətçi rolunda B.Muradova informasiyaları sızdırır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə