Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arzu Rəhimov xəstə çağırışçılardan danışdı
Arzu Rəhimov xəstə çağırışçılardan danışdı
13 Fevral 2014 / 12:20 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilk növbədə maraqlıdır ki, ordu sıralarına sağlam gənclər göndərilsin, orduya qəbul olunan əsgərlər tam sağlam olsunlar”.

Virtualaz.org-un APA-ya istinadən nın xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib. Xidmət rəisi qeyd edib ki, bir sıra gənclər ilkin həkim komissiyasından keçərkən öz xəstəlikləri barədə məlumatları gizlədirlər: “Bu da onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir. Onlar bəzən xəstəlikləri barədə ona görə məlumat vermirlər ki, hərbi xidməti çəkib, sonradan hüquq-mühafizə orqanlarında, digər qurumlarda işə düzəlsinlər”.

Arzu Rəhimov deyib ki, tək Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də çağırışçılar qəbul olunduqdan sonra həkim komissiyalarından keçirlər: “Bütün qoşun növlərində bizimlə birgə tədbirlər davam etdirilir. Onların yoxlanması üçün daha dərindən yoxlamalar aparılır. O çağırışçılarda ki, xəstəlik aşkarlanır, onlar geri qaytarılırlar. Təhvil alınmış həmin şəxslər bir daha həkim komissiyalarına cəlb olunurlar. Yoxlandıqdan sonra onlarda aşkar olunan xəstəliyin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir və növbəti çağırışda əgər o çağırışçı xidmətə yararlıdırsa, onlar yenidən hərbi xidmətə cəlb olunur. Əgər yararlı deyillərsə, yenidən onlara möhlət verilir. Bütün hallarda qanunvericiliyin tələblərinə çox ciddi şəkildə riayət edilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə