Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmayıl Ömərova şeir qoşdular
İsmayıl Ömərova şeir qoşdular
13 Fevral 2014 / 13:08 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal AzNews.az-ın redaksiyasına İctimai Televiziyanın keçmiş direktoru İsmayıl Ömərovla bağlı yazı göndərib. Həmin yazını olduğu kimi təqdim edirik: 

Yaşamaq haqqı

Məşhur rus şairi İ.Brodski hər şeyə ayıq başla, açıq gözlə baxmağın tərəfdarıydı. Qeyd edirdi ki, arzulamaqla böyük ədəbiyyat yaratmaq olmaz. İsmayıl Ömərova qədər İctimai telekanalın yaradılması haqda yetərincə təkliflər səslənmiş, arzular olmuş, müzakirələr aparılmışdı.

Dövlətimizin böyük dəstəyi və qayğısı sayəsində bu arzu həqiqətə çevrildi. Və bu arzunun həqiqətə çevrilməsində İsmayıl Ömərovun bu telekanala rəhbər təyin olunması həyati nöqteyi-nəzərdən özünü doğrultdu. Bütün koordinatlarıyla milli ruhlu yeni bir telekanal fəaliyyətə başladı, xalqın, millətin, bütün türk dünyasının rəğbətini qazandı.

… Bu yaxınlarda Xalq şairi Məmməd Araz haqda yazılmış xatirələrdən birində oxudum ki, onun etimad göstərdiyi şairlərdən biri deyəndə ki, gəl səni dəniz kənarına aparım… Onda böyük şairimiz deyib:

– Ora istəmirəm, məni uzaqlara apar, çox uzaqlara!

… İ.Ömərovun yaratdığı ictimai televiziya bizi uzaqlara apardı, çox uzaqlara!

… Dünyanın ən böyük və ən gözəl yazıçılarından biri Əziz Nesin deyirdi ki, “Dünyanın ən gözəl insanı kimdir – deyə məndən soruşsanız, “70 yaşında da gənc ola biləndir!” – deyərdim.

İTV-nin yaradıcısı, ilk baş direktoru İsmayıl Ömərov 60 yaşını tamamlayır. Bu o deməkdir ki, o da dünyanın daha gənc və daha gözəl insanlarından biridir.

Mən bu gənci – Balıqlar bürcündən olan adaşımı təbrik edirəm və deyirəm:

May ayında, Buğa bürcündə anadan olmuş, Dədə Qorqud 259 il ömür sürmüşdür. (560-819)

… Biz Dədə Qorqud övladlarıyıq. Bizim üçün 50-60-70 yaş hələ nədir ki?! Bizim 80-90-100 yaşında da daha gənc olmağa imkanımız var!

Bizim daha çox yaşamaq və yaratmaq haqqımız var!



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə