Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”
“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”
13 Fevral 2014 / 13:33 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

“Azərbaycanın Avropa İttifaqının Ukraynaya maliyyə yardımı planına dəstək verdiyi və bu məqsədlə 1 milyard dollar ayırmağa hazır olduğu barədə deyilənlər spekulyasiya xarakteri daşıyır”.

Bunu virtualaz.org saytına açıqlamasında Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib. O deyib ki, Azərbaycan dövlətinin Ukraynaya birbaşa və ya dolayısı maliyyə yardımına dair heç bir qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu cür xəbərlərin əsası yoxdur.

Xatırladaq ki, ötən həftə Avropa mənbələri Brüsselin Ukraynadakı siyasi böhranla bağlı yeni plan hazırladığını xəbər verib. Həmin plana əsasən Avropa İttifaqı ABŞ, Azərbaycan, Yaponiya və digər donorların verəcəyi vəsaitlər hesabına Ukrayna üçün kredit fondu yaradacaq. Əvəzində prezident Yanukoviç siyasi islahatlar aparmalı, iqtisadiyyat bloku nazirliklərini müxalifətə verməklə yeni hökumət formalaşdırmalıdır.

Daha sonra Milli Məclisin üzvü Asim Molladzadə yerli mətbuata şərhində Azərbaycanın Ukraynaya kredit yardımı üçün Beynəlxalq Valyuta Fonduna 1 milyard dollar ayırmağa hazır olduğunu deyib. A.Mollazadənin bu açıqlamasını “Bloomberg” agentliyi və digər Qərb mənbələri istifadə ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə