Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ən çox qəza bu maşınlarda törədilir – SİYAHI
Ən çox qəza bu maşınlarda törədilir – SİYAHI
13 Fevral 2014 / 15:02 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycanda ən intizamsız sürücülərin idarə etdiyi avtomobillərin əksəriyyəti Almaniya istehsalı olan “Mercedes” və Rusiya istehsalı olan “VAZ” avtomobilləridir. Lent.az-ın fins.az-a istinadən xəbərinə görə, bu barədə İcbari Sığortalar Bürosundan bildirilib.

Büronun məlumatına görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən ölkədə 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb, həmin şəxslər üçün sığorta haqqı artırılacaq. Bu avtomobillərin yarıdan çoxu məhz adı çəkilən markaların payına düşür.

Belə ki, ən intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 dəfə artıq olduğu) aid edilən 22 sürücüdən 10-u “Mersedes”, 4-ü “VAZ”, 2-si isə “Şevrolet” avtomobili idarə edir.

2-ci sinfə (sığorta haqları 2,45 dəfə artacaq) aid edilən 45 sürücüdən isə 12-si “Mersedes”, 10-u “VAZ” avtomobilinin sahibidir.
3-cü sinfə aid edilmiş 192 avtomobil sahibindən isə 84-ü “VAZ” və “Mersedes” sürücüsüdür.
4-cü sinfə aid edilən 2413 avtomobil sahiblərindən (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adı çəkilən markaların payına düşür – 838 nəfər “VAZ”, 469 nəfər “Mersedes” sürücüsüdür.

Nəhayət 5-ci Bonus-Malus sinfinə aid edilən (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblərindən 1311-i “Mersedes”, 927-si isə “VAZ” sürücüləridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə