Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Süd bazarına nəzarət gücləndirildi
Süd bazarına nəzarət gücləndirildi
13 Fevral 2014 / 16:42 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə bazarında satılan süd və ağartı məmulatlarını yoxlamadan keçirəcək.

Bu barədə virtualaz.org  saytına mərkəzin şöbə müdiri İmran Abdullayev bildirib. İ.Abdullayev dedi ki, Bakı, Abşeron və Sumqayıtda satılan məhsullardan götürülmüş nümunələr analiz ediləcək. Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi də mağazalarda apardığı monitorinqlər zamanı 1 tona yaxın istifadəyə yararsız məhsul aşkarlayıb. İstifadə müddəti ötmüş, yararsız məhsulların arasında ağartı məhsulları da var. Məlum olub ki, ağartı məmulatlarının qablaşdırılmasında üzərində doğru olmayan məlumatlar yerləşdirməklə əhali aldadılır.

Nazirlik alıcılara xəbərdarlıq edib: “Mal alarkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyində, dadında hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirilməlidir. Əgər malın qabında əziklər, batıqlar, kəsiklər, şişmə müşahidə edilərsə, özünəxas rəngində, iyində, dadında dəyişiklik hiss olunarsa, bu cür malları almaq olmaz. İstehlakçılar bilməlidir ki, saxlama və temperatur rejiminə əməl edilməməsi, mal qonşuluğu prinsipinin pozulması kimi halların geniş vüsət alması həmin malların keyfiyyətsiz və zəruri tələblərə cavab verməməsinin göstəricisidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə