Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şiələri məcbur edin ki, uşaqlarının adını Yezid qoysunlar”
“Şiələri məcbur edin ki, uşaqlarının adını Yezid qoysunlar”
14 Fevral 2014 / 0:18 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Vəhabi şeyxi Nasir əl-Əmr şiələr barədə vəhşilik baxımından misilsiz planlarla çıxış edib. “Baymedia.az”a istinadən bildirir ki, Səudiyyə Ərəbistanında yaşayan, ən qatı təkfirçi kimi tanınan bu vəhabi müftisi şiələrin qətlə yetirilməsinin və vəhabilər tərəfindən onların qadınlarına yiyələnmənin zərurəti barədə “barbar” fitvayla çıxış edib.

Suriyada qan tökülməsinə də məhz həmin fitvanın bais olduğu iddia edilir. Vəhabi şeyxi Nasir əl-Əmrin həmin fitvası aşağıdakı kimidir: “Şiələrin İslam üçün olan təhlükələri yəhudi və məsihilərin təhlükəsindən çox olduğuna görə İslam ümmətini xilas etmək üçün bu tayfanı (şiələri) necə məhv edək? Əvvəl bunu bilməliyik ki, şiələr yalnız vahid mücahid İslam hökuməti ilə kökündən məhv edilə bilər.

Gələcəkdə bu cür hakimiyyət qurulanda onlar ya gərək İslamı qəbul etsinlər, ya da başları kəsilməlidir. Öz dinlərində israrla qalsalar, onlarla aşağıdakı kimi rəftar etmək lazımdır: Şiələrin bütün kişilərinin başları qoyun kimi kəsilməlidir. Belə ki, onların bədənini qan bürüməlidir. Onların qanından dəniz əmələ gəlməlidir. Belə ki, “müsəlmanlar” həmin dənizin kənarında gəzərkən qan dalğalarının səsini eşitməlidirlər. Şiələrin gözəl qadınları əsir alınaraq üç qrupa bölünməli və rütbələrinə uyğun şəkildə mücahidlərimiz arasında bölünməlidir.

Onların uşaqlarına sələfi məktəblərində “Tovhid” və “Sünnə” öyrədilməli, uyğun təhsil verilməli və Osmanlı dövründəki kimi “İslam ordusunu” formalaşdırmaq üçün hərbi təlimlər keçilməlidir ki, gələcək fəthlərdə onlardan istifadə edək. Əsla onların guya “İslamı” qəbul etmələrinə aldanmamalıyıq və aşağıdakı metodlarla onları sınaqdan keçirməliyik. Əvvəlcə, onlar öz əllərilə öz ibadət yerlərini və ziyarətgahlarını dağıtmalıdırlar. Əgər onlardan kimsə bu işi görməzsə, yaxud çəkinərsə, onları daha ağır sınaqlara məruz qoymalıyıq. Onların uşaqlarını atalarının evdə şiəliyə əməl edib-etməmələri barədə sorğu-sual etməliyik.

Onların evlərinə hücum edərək bütün kitablarını yandırmaq lazımdır. Onları yer üzünə elə səpələmək lazımdır ki, heç bir konkret məskənləri olmasın. Aşura gününü bayram kimi qeyd edin və şiələri orada iştirak etməyə zorlayın. Bu günü matəm kimi qeyd edib-etməmələri barədə sorğu-suala tutun. Şiələri məcbur edin ki, onlar uşaqlarının adlarını müqəddəs adlar olan Müaviyyə, Ayişə, Həfsə və Yezid qoysunlar. Və sonuncusu onları öz İmamlarından bəraət diləməyə məcbur etməliyik”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə