Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyada daha 5 azərbaycanlı öldürüldü – ŞOK
Suriyada daha 5 azərbaycanlı öldürüldü – ŞOK
14 Fevral 2014 / 13:00 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb. Mücahidlərə məxsus saytların yaydığı məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.

Mücahidlər son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adını və fotolarını yayıblar. Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə