Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Jam.az-ın adından sui-istifadə edib rüşvət alan şəxs həbs olundu
Jam.az-ın adından sui-istifadə edib rüşvət alan şəxs həbs olundu
14 Fevral 2014 / 14:03 / Baxış sayı: 64
Font1 Font2 Font3 Font4

Fikrət Fəraməzoğlu: «Mən Azər Abbasov adlı şəxsi nə tanıyıram, nə də onunla hər hansı bir şəkildə əlaqəm var, bu bizə qarşı ilk təxribat deyil»

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovu həbs edib. Onun həbsinə səbəb isə JAM.AZ və özünün rəhbəri olduğu “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Məsələ ilə bağlı açıqlama verən JAM.AZ-ın rəhbəri Fikrət Fəraməzoğlu bildirib ki, o, nə Azər Abbasovu tanıyır, nə də onunla hər hansı bir əlaqəsi var. Eyni zamanda, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdikləri əməliyyatı təqdir edirlər. «Bu bizə qarşı edilən ilk təxribat deyil. Ümumiyyətlə, JAM.AZ-ın adından sui-istifadə edərək, ayrı-ayrı məmurlardan rüşvət tələb edənlərlə bağlı xeyli əvvəldən əlimizdə məlumat olub. Öz imkanlarımız daxilində bu məsələni araşdırmağa çalışmışıq. Lakin konkret nəticə əldə etməmişik. Bununla əlaqədar Baş Prokurorluğa müraciət edərək, onlardan yardım istəməyi düşünürdük ki, belə bir məlumatla tanış olduq. Bizim ümumiyyətlə, Azər Abbasov adlı əməkdaşımış yoxdur. Üstəlik, bu adamla hər hansı bir şəkildə tanışlığımız da mövcdu deyil. İndiyə qədər bu adamı nə həyatda görmüşəm, nə də telefonda bdanışmışam. Mən bu əməliyyatı keçirən polis işçilərinə öz dərin minnətdarlığımı bildirirəm. Ona görə ki, xeyli müddətdir axtardığımız bu tip adamların birini nəhayət, zərərsizləşdirməyə nail olublar. Ümid edirəm ki, bu tip əməliyyatlar bundan sonra da davam edəcək».

JAM.AZ-ın rəhbəri bildirib ki, hüquq mühafizə orqanları bu tip əməllərə qarşı mübarizəsini davam etdirməli və mətbuatı belə üzdəniraq «jurnalistlər»dən təmizləməlidir. «Biz tələb edirik ki, Azər Abbasovun məsələsi dərindən araşdırılsın və əsl həqiqət üzə çıxsın. Belə fırıldaqçı, dələduz «jurnalistləri» mətbuatdan təmizləməyin vaxtı çoxdan çatıb. Dəfələrlə də bu barədə təşəbbüslə çıxış edərək bildirmişik ki, ölkə mətbuatını bərbal hala salan belələrinə qarşı tədbir görülməlidir».

Fəraməzoğlu daha sonra qeyd edib ki, Azər Abbasov və onun kimlərin JAM.AZ-ın adından sui-istifadə edərək, hansısa məmurdan pul istəmələri ilə bağlı əllərində olan məlumatları da rəsmi qurumlara təqdim etməyə hazırdırlar. «Biz istintaqa əlimizdən gələn köməyi etməyə hazırıq. Amma bu şəbəkənin təkcə Azər Abbasovdan ibarət olmasına da inanmırıq. Hesab edirik ki, hüquq mühafizə orqanları təkcə bizim deyil, ölkənin digər ciddi saytlarının adından istifadə edən bu tip «jurnalistlər»i müəyyən edərək, haqqında cinayət işlərinin qaldırılmasını davam etdirməlidirlər».


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə