Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mətbuat Şurası fəaliyyətini reket jurnalistika ilə mübarizəyə yönəldəcək”
“Mətbuat Şurası fəaliyyətini reket jurnalistika ilə mübarizəyə yönəldəcək”
14 Fevral 2014 / 14:32 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

“Biz yaxın gələcəkdə Mətbuat Şurasının qara siyahısına daxil olan KİV-ləri saf çürük edəcəyik. Yəqin ki, kifayət qədər KİV Mətbuat Şurasının qara siyahısından çıxacaq.“

Bunu SalamNews-a müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

– Azərbaycanda jurnalistikanın inkişafı naminə bu il hansı işlər görüləcək?

– Bir neçə ildir Azərbaycan Mətbuat Şurasının üzvü olmaq istəyən xəbər portallarının sayı çoxalıb. Mətbuat Şurasına daxil olan şikayətlərdə internet portallardan gələn şikayətlərin sayı artmağa başlayıb. İndi online jurnalistika ölkədə digər inkişaf etmiş ölkələrdə olduğu kimi, ictimai fikri formalaşdıran instituta çevrilir. Bu yaxınlarda sorğu keçirilib, həmin sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin təqribən 40 faizə yaxını informasiya mənbəyi kimi online jurnalistikanı götürür, bir o qədər də televiziyalardan informasiya əldə edirlər. Yazı mətbuatının bu sahədə üzərinə düşən missiya yalnız 13 faizlə kifayətlənir, yerdə qalan faizlə isə insanlar informasiyanı radiodan alırlar. Bu rəqəmlərə biz əvvəlki illərdə nəzər salsaq təqribən 5 il bundan əvvəl ölkə əhalisinin yarıdan çox hissəsi informasiyanı televiziyadan aldığını bildirirdilər. O vaxtlar online jurnalistikanın sahəsi kifayət qədər dar idi. Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə əsasən ictimai fikrin formalaşmasında online jurnalistika daha çox rol oynayacaq. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası 2014-cü ili internet jurnalistikası ili elan edib. Biz düşünürük ki, il ərzində Azərbaycanda internet jurnalistikanın vəziyyəti ilə bağlı beynəlxalq konfrans düzənliyək və hər ayın sonunda internet jurnalistikanın reytinq cədvəlini müəyyənləşdirək. Bununlada cari ildə əsas istiqaməti xəbər portallarının vəziyyəti, onların inkişaf istimaqətləri kimi sahələrdə baş verən tendensiyalar üzrə quraq.

– Reket jurnalistika ilə mübarizədə nə kimi planlarınız var?

– Azərbaycanda əvvəlki illərlə müqayisədə reket adlanan jurnalistlərdən və jurnalistikadan şikayətlərin sayı kifayət qədər azalıb. Bu, həm Mətbuat Şurasının gördüyü işlərlə bağlıdır, həm də cəmiyyətdə reket jurnalistikanın fərqinə varırlar. İndi reket jurnalistikanın nümayəndələri də baxırlar ki, onların fəaliyyəti ilə bağlı cəmiyyətdə müəyyən narazılıq var. Cəmiyyət onları qəbul etmir. Onlar başqa istiqamətdə fəaliyyət qururlar. Biz yaxın gələcəkdə Mətbuat Şurasının qara siyahısına daxil olan KİV-ləri saf çürük edəcəyik. Yəqin ki, kifayət qədər KİV Mətbuat Şurasının qara siyahısından çıxacaq. Mətbuat Şurası bu il fəaliyyətinin bir hissəsini reket jurnalistika ilə mübarizəyə yönəldəcək. Mən əminəm ki, Azərbaycan mətbuatı bu qara ləkədən azad olunacaq.

– Ali məktəblərdə jurnalistikaya qəbul olunmaq üçün qabiliyyət imtahanlarının verilməsi nə dərəcə vacibdir? Ümumiyyətlə, bunun reallaşması nə vaxtdan gözlənilir?

– Bu, gərəklidir. Mətbuat Şurası bu təşəbbüslə çıxış edib. Ölkə başçısı ilə redaktorların görüşündə biz bu məsələni qaldırmışıq. Hazırda TQDK rəhbərliyi ilə Mətbuat Şurasının rəsmiləri arasında danışıqlar gedir. Çox yaxın günlərdə biz növbəti görüş keçirəcəyik. O görüşdə bu sahəyə aid olan məsələlərə toxunacağıq və yaradıcılıq imtahanlarının prinsipini müəyyənləşdirəcəyik. Bu ildən abituriyentlər jurnalist olmaq istəyəcəklərsə, onlar test imtahanından əvvəl qabiliyyət imtahanına dəvət olunacaqlar.

– Jurnalistika peşəsinin şərəfli nümayəndəsi olmaq üçün indi nə etmək lazımdır?

– Jurnalistika spesifik sahədir. Fransızların bir sözü var ki, 18 yaşında olan gənc uzun illər boyu siyasətdə ad qazanmış, təcrübə toplamış insanın kürəklərini çox asanlıqla yerə vura bilər. Bu prinsip hər zaman olub, bu gün də var. Azərbaycanda jurnalistikaya maraq kifayət qədər çoxdur. Jurnalist o insan ola bilər ki, xüsusi istedadı olsun, hadisələri görmə, onlardan nəticə çıxarma, yazmaqla bağlı həvəsli olsun. Jurnalist çalışmaqdan qorxmalı deyil. Çox sahələri bilməli və eyni zamanda bir neçə dil bilməlidir. Nə qədər çox dil bilərsən bir o qədər informasiya mənbəyi sizin üçün açıq ola bilər. Şahtaxtlını götürək, Topçubaşovu götürək, bunların hamısı 5-dən çox dil bilən insanlar olublar. Əsl jurnalist nə qədər çox mənbəyə istinad edərsə, nə qədər çox məlumat toplaya bilərsə, yazdığı yazı da bir o qədər çox sanballı olar.

arxiv.bizimxeber.az



“Mətbuat Şurası fəaliyyətini reket jurnalistika ilə mübarizəyə yönəldəcək” yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə